Vasili Petroviç Avenarius () və ya Vilhelm Henrix Appolonius Avenarius (; ) — Rusiya yazıçısı, uşaq və gənclər üçün əsərlərin müəllifi.Vasily Avenarius at the Brockhaus and Efron Encyclopedic Dictionary
Həyatı Vasili Petroviç Avenarius 10 oktyabr 1839-cu ildə Aleksandr Liseyinin hüquq müəlliminin ailəsində anadan olmuşdur. Ailənin 15 övladı olmuş, onlardan dördü yazıçı və alim olmuşdur. Fizik Mixail Avenariusun qardaşıdır. Peterburq Universitetini bitirmişdir. O, İmperator Mariyanın müəssisələrində yüksək vəzifəli vəzifədə çalışmışdır. Əxlaqi pozğunluğu pisləyən antinihilist yönümlü didaktik hekayələr ("Modern idilliya", 1865; "Azar", 1867), uşaqlar üçün "Kol arının nağılı" (1879), "Otaq nə deyir" (1880), elmi fantastika janrında "Dirilmiş Pompeyin qeyri-adi hekayəsi" (1889) əsərlərinin müəllifidir. Denis Fonvizin, Aleksandr Puşkin, Nikolay Qoqol kimi yazıçılar haqqında hekayələr, tarixi hekayələr və avtobioqrafik eskizlə yazmışdır.1859–1860-cı illərdə tələbə şeirlər toplusunu nəşr etdirmişdir. Onun nihilistləri pisləyən hər iki hekayəsi (kəskin tənqid olunmuş və bundan sonra o, uşaq və gənclər üçün kitablar yazmağa başlamışdır.Энциклопедический словарь. 2009. АВЕНАРИУС Василий Петрович.
İstinadlar
Xarici keçidlər
The Works by Vasily Avenarius at the Lib.ru, the on-line Moshkov Library (Russian)
Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:XX əsr Rusiya yazıçıları