Daniel Opritsa () – Rumıniya futbolçusu.
Həyatı Daniel Opritsa 1981-ci il avqustun 10-da Dregeneşti-Olt şəhərində anadan olub.
Karyerası Daniel Orpitsa karyerasına Reşitsa klubunda başlayıb. 2002-ci ilə qədər bu klubun şərəfini qoruyub, 33 matçda 7 qol vurub. Daha sonra Styaua Buxarest klubuna transfer olunan hücumçu karyerasının ən parlaq dövlərini məhz burada keçirib. Buxarest klubunda keçirdiyi 5 mövsümdə 107 matçda forma geyib və 15 qola imza atıb. Daha sonra Dinamo Buxarest klubuna yollanan forvard burada yalnız 5 matçda meydana çıxıb. 2008-ci ildə UTA Arad klubunun heyətində çıxış edib. Burada da çox qalmayan (6 oyun) futbolçu ardınca İspaniyada legioner həyatı yaşayıb. Amma onun İspaniya macərası çox çəkməyib. İkinci liqa təmsilçisi Lorka Deportiva klubunda yalnız 3 oyunda forma geyib. Opritsanın sonrakı klubu İsveçrənin Arau klubu (12 oyun) olub. 2009-cu ilə Bakı klubunun heyətində 3 oyun keçirib.
Opritsa 6 oyunda Rumıniya milli komandasının da şərəfini qoruyub.
Xarici keçidlər "Bakı"nın yeni hücumçusunun adı məlum oldu Daniel Opritsanın vurduğu qollar (VİDEO)
Kateqoriya:Rumıniya futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:İsveçrə Super Liqası futbolçuları Kateqoriya:Rumıniyanın kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:Rumıniya Liqa 1 futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Rumıniya futbol məşqçiləri Kateqoriya:Rumıniya milli futbol komandasının oyunçuları Kateqoriya:Dinamo Buxarest FK futbolçuları Kateqoriya:Styaua Buxarest FK futbolçuları Kateqoriya:Petrolul FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular