Turhan Feyzioğlu () — Türkiyə akademiki və siyasətçisi.

Həyatı Turhan Feyzioğlu Türkiyənin Kayseri şəhərində anadan olub. İbtidai məktəbi Kayseridə bitirdikdən sonra Galatasayar liseyində, daha sonra is və İstanbul Universitetinin Hüquq fakültəsində təhsil alıb. Böyük Britaniyada magistratura təhsili aldıqdan sonra Türkiyəyə qayıdıb və Ankara Universitetinin professoru olub. 1955-ci ildə o, Ankara Universitetinin Siyasi elmlər fakütləsinin dekanı seçilib. Həmçinin o, məktəbin bülletenində məqalələr yazmağa başlayıb, lakin onun məqalələri Demokrat Partiyası hökumətini qıcıqlandırıb və o istefa verib. 1960–1961-ci illərdə qısa müddətə akademik sahəyə qayıdaraq Ankarada Orta Şərq Texniki Universitetinin rektoru olaraq çalışıb, amma onun əsas maraq dairəsi siyasət olub.

Siyasi fəaliyyəti 1957-ci ildə o, siyasətə atılıb və Cümhuriyyət Xalq Partiyasının üzvü olub. Eyni ildə Sivas vilayətinin millət vəkili seçilib. 1960-cı ildə (ODTÜ-də işlədiyi müddətdə) təsis məclisində də çalışıb və I Gürsəl Kabinetində Təhsil Naziri təyin edilib. Daha sonra 1961-ci ildə keçirilən seçkilərdə öz bölgəsi olan Kayseri vilayətindən millət vəkili seçilib. O, ilkində dövlət naziri olaraq, ikincisində isə baş nazirin müavini kimi İsmət İnönünün iki hökumətində çalışıb. Turhan Feyzioğlu partiyada əsas simalardan biri olub, lakin 1965-ci ildən başlayaraq partiyanın əsas katibi Bülənd Ecevit İsmət İnönü tərəfindən dəstəklənən partiyada onun nüfuzuna xələl gətirməyə başlayıb. Turhan Feyzioğlu Bülənd Ecevitin "ortanın solu" şüarına qarşı mübarizə aparıb.

1967-ci il 12 mayda Turhan Feyzioğlu və onun parlamentdəki 47 tərəfdarı Cümhuriyyət Xalq Partiyasından ayrılıb Güvən Partiyası adlı yeni partiya yaradıblar. Yeni partiyanın sədri Feyzioğlu olub. 1971-ci ilin 29 yanvarında partiyanın adı dəyişdirilərək Milli Güvən Partiyası, 1973-cü il 4 mayda isə Respublikaçılar Partiyası adlandırılıb. Cümhuriyyət Xalq Partiyasından ayrılan başqa bir partiya isə Milliyyətçi Güvən Partiyasına birləşdirilib. Bu dəyişiklikdən sonra partiyanın adı Respublikaçı Güvən Partiyasına dəyişdirilib və Turhan Feyzioğlu Respublikaçı Güvən Partiyasında fəaliyyətini davam etdirib.

Respublikaçı Güvən Partiyasının fəaliyyəti 1980-ci ildə Turhan Feyzioğlunun Kayseri vilayətindən millət vəkili olan vaxtadək davam edib. Onun partiyası dəstəyini itirsə də, o, 2 dəfə iki dəfə koalisiya hökumətlərində baş nazirin müavini vəzifəsində xidmət edib: 1975-ci ildə Süleyman Dəmirəl kabinetində və 1978-ci ildə Bülənd Evevitin kabinetində. (Kabinet IV Dəmirəl və Kabinet III Ecevit).

Ailə həyatı Turhan Feyzioğlu Leyla Cınqıllıoğlu ilə ailə həyatı qurub. Onların qızı Səidə Mehmet Buçukoğlu ilə evlənsə də, amma o, 1969-cu il iyulun 7-də Mətin adlı oğlunu dünyaya gətirdikdən iki saat sonra vəfat edib. Mətin nənə və babası tərəfindən övladlığa götürülüb Feyzioğlu soyadını alıb. O, cinayət hüququ professoru olub, 2013-cü il may ayında isə Türkiyə Vəkillər Kollegiyaları Birliyinin sədri seçilib.

Ölümü 1980-ci ildən sonra Turhan Feyzioğlu, siyasətdən gedib. O, 1988-ci ilin 24 martında Ankarada 66 yaşında infaktdan vəfat edib.

Kitabları Turhan Feyzioğlunun kitablarının siyahısı aşağıdakılardır. Onlardan beşi türk, biri isə fransız dilindədir.

Qanunların Konstitusiyaya uyğunluğunun təsadüfən yoxlanılması (1951) Demokratiya və diktatura haqqında (1957) Dövlət xadimi Atatürk (1963) Atatürk ve Milliyyətçilik Türk Milli Mücadiləsinin və Atatürkçülüyün əsas prinsiplərindən biri olaraq Millət suverenliyi Atatürk Yolu Dahi xilaskar və yenilikçi Kamal Atatürk (Un Liberateur et un Modernisateur Genial Kemal Atatürk)

İstinadlar

Kateqoriya:Türk siyasətçilər Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyənin milli təhsil nazirləri Kateqoriya:TBMM-də Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavinləri Kateqoriya:Ankara Universitetinin müəllimləri Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri