Sinay və Fələstin cəbhəsi (, , ; 28 yanvar 1915-ci il — 30 oktyabr 1918-ci il) — Birinci Dünya müharibəsi zamanı Sinay yarımadasında, Fələstində və Suriyada Antanta orduları (Böyük Britaniya, onun dominyonları və Fransa birlikləri) ilə bir tərəfdə, digər tərəfdə İttifaq dövlətləri (Almaniya imperiyasının dəstəyi ilə Osmanlı imperiyası) arasında döyüş. Osmanlı imperiyasının Birinci Dünya müharibəsinə daxil olmasından sonra Osmanlı rəhbərliyi Süveyş kanalını ələ keçirmək qərarına gəldi. 1915-ci ildə Süveyş uğrunda mübarizə başladı, bu müddətdə İngilis qoşunları türk ordusunun kanalı ələ keçirmək cəhdlərini dəf edə bildilər.
1916-cı ildə və 1917-ci ilin əvvəllərində Sinay kampaniyası davam etdi və bu müddət ərzində İngilis qoşunları Osmanlı ordusunu Fələstinə geri çəkilməyə məcbur edə bildilər. 1917-ci ilin yanvarında Fələstin yürüşü Rəfa yaxınlığındakı döyüşlə başladı.
1917-ci ilin sonunda Qəzza və Beer-Şeva yaxınlığındakı döyüşlərdə ingilislər Osmanlı cəbhəsini yarıb Qüdsü ələ keçirə bildilər. 1918-ci ilin sentyabrında bir illik sakitlikdən sonra İngilis qoşunları türk ordusunun məğlubiyyəti və Fələstinin, eləcə də demək olar ki, bütün Suriyanın Britaniya imperiyasının qoşunları və ərəb üsyançılarının dəstələri tərəfindən ələ keçirilməsi ilə başa çatan hücuma başladılar. Döyüş Mudros müqaviləsinin imzalanmasından bir gün sonra başa çatdı.
Müharibədən sonra Fələstin Britaniyanın mandatılığına keçdi.
Sinay və Fələstin kampaniyası ümumiyyətlə müharibə zamanı tam aydın deyildi və yaxşı başa düşülmürdü. İngiltərədə ictimaiyyət bunu kiçik bir əməliyyat, qiymətli resursların israfı kimi qəbul edilirdi. İctimaiyyətə görə qüvvələr daha çox Qərb Cəbhəsinə sərf olunsa idi yaxşı olardı. Üstəlik Hindistan xalqları da daha çox Mesopotamiya kampaniyası və Bağdadın işğalı ilə maraqlanırdılar.Massey 1919, pp. 5–6 Avstraliyanın ilk rəsmi fotoqrafı olan kapitan Frank Hurley 1917-ci ilin avqustunda Qərb Cəbhəsini ziyarət etdikdən sonra bura gələnə qədər Avstraliyanın bölgədə müharibə müxbiri yox idi. Bölgəyə ilk rəsmi müharibə müxbiri Henri Qullet 1917-ci ilin noyabrında gəldi.
Bu kampaniyanın uzunmüddətli təsiri Fransanın Suriya və Livan, Britaniya imperiyası isə Mesopotamiya və Fələstin üçün mandat qazandığı zaman Osmanlı imperiyasının Parçalanması oldu. Türkiyə Cümhuriyyəti 1923-cü ildə Türkiyə İstiqlaliyyət müharibəsi sonrası Osmanlı imperiyasının süqutundan sonra yarandı. 1932-ci ildə İraq krallığının, 1943-cü ildə Livan Respublikasının, 1948-ci ildə İsrail dövlətinin, 1946-cı ildə Trans-İordaniya Haşimilər Krallığının və Suriya Ərəb Respublikasının yaradılması ilə Avropa mandatları başa çatdı.
Tarixi 1914-cü ilin noyabrında Rusiyaya müharibə elan edən Osmanlı imperiyası dünya müharibəsinə qoşuldu.История Первой мировой войны 1914—1918 гг.]. — 1975. — Т. 1. — С. 390—391. Osmanlı imperiyası Birinci Dünya müharibəsinə İttifaq dövlətləri tərəfində daxil olduqdan sonra Antanta ölkələri üçün Yaxın Şərqdə vəziyyət kəskin şəkildə mürəkkəbləşdi. Osmanlı imperiyası rəhbərliyi Qafqaz cəbhəsini əsas hesab edirdi. Qafqazda rus qoşunları ilə vuruşmaqla yanaşı, Antanta qoşunlarının Mesopotamiya, Suriya və Fələstinə daxil olmasının qarşısını almaq, həmçinin Britaniya Misirinə məxsus Süveyş kanalını ələ keçirmək nəzərdə tutulurdu.
1882-ci ildən sonra Britaniya imperiyasının nəzarətinə keçən Misir Osmanlı qoşunlarının zərbəsi təhlükəsi altına düşdü. Süveyş kanalı ingilislər üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki o, Avropanı Britaniya dominionları: Hindistan, Avstraliya, Yeni Zelandiya ilə birləşdirirdi. Süveyş kanalının ələ keçirilməsi Osmanlı imperiyasına Fransa və Böyük Britaniyadan şərq müstəmləkələrinə gedən ən qısa dəniz yolunu kəsməyə imkan verəcəkdi.
Osmanlı komandanlığı Süveyş kanalını tutmaq qərarına gəldikdən sonra Sinay yarımadası istiqamətində hücuma keçdi. 1914-cü il noyabrın 18-də türk qoşunları Sinay yarımadasının ərazisini ələ keçirərək, Süveyş kanalını tutmaq niyyəti ilə ona doğru irəliləməyə başladılar.История Первой мировой войны 1914—1918 гг.]. — 1975. — Т. 1. — С. 390—391 Tərəflərin qüvvələri Süveyş kanalını Osmanlı qoşunlarının mümkün hücumlarından qorumaq üçün bölgədə İngilis komandanlığının tabeliyində 10-cu və 11-ci Hindistan piyada diviziyaları, bir süvari briqadası, bir hind dəvə korpusu, 3 Hindistan dağ artilleriya batareyası və bir Misir artilleriya batareyası var idi. Həmçinin Britaniya qoşunları Süveyş kanalında yerləşən gəmilərin dəstəyinə arxalana bilərdi.
Osmanlı komandanlığı Suriya və Fələstini qorumaq üçün 4-cü Ordunu (komandan Camal Paşa) Aralıq dənizinin şərq sahilinə yerləşdirdi. Süveyş kanalını ələ keçirmək üçün Osmanlı komandanlığı təxminən 25.000 nəfərdən ibarət 25-ci piyada diviziyasını ayırdı.
Hərbi əməliyyatların gedişi 1915-ci il hərbi əməliyyatları 250px|thumb|left|Süveyş kanalında Osmanlı qoşunları tərəfindən tərk edilmiş pontonlar 250px|thumb|right|1914-cü ildə Qüdsdə alman əsgərləri 1915-ci il yanvarın 26-da Osmanlı qoşunları Sinay yarmadası istiqamətindən Süveyş kanalı üzərinə hücuma keçdi. Onlar kanalı keçməyə cəhd etdilər. Lakin ingilis qoşunları türklərin bütün cəhdlərini dəf edə bildilər. Fevralın 2-də alman hərbi müşaviri, polkovnik Fridrix Freyherr Kress fon Kressenşteyn döyüş əməliyyatları bölgəsinə gəldi. Fevralın 3-də Osmanlı qoşunları yenidən hücuma keçdi. Lakin bu cəhddə uğursuz oldu. Osmanlı qoşunları ən böyük uğuru kanalı keçməyə yaxın olduqları İsmailiyyə bölgəsində əldə etdilər. Süveyş kanalına ilk hücum zamanı osmanlılar 1500-ə yaxın adam (o cümlədən 700-ə yaxın məhbus) itirdilər. İngilis qoşunları 32 nəfəri itirdi (ölü), həmçinin 130-a yaxın adam yaralandı.
Hücumun uğursuzluğu səbəbindən Osmanlı rəhbərliyinin Şimali Afrikada yerli müsəlman əhalisinin Antanta qoşunlarına qarşı “müqəddəs müharibə” başlatmaq planları iflasa uğradı. Süveyş kanalına edilən ilk hücum uğursuzluqla nəticələnəndən sonra Osmanlı qoşunları kanaldan şərqə doğru geri çəkildi. Fridrix Freyherr Kress fon Kressenşteyn Qüdsə getdi və burada Osmanlı qoşunlarına təlim keçmək və kanala ikinci hücum təşkil etmək üçün alman hərbi mütəxəssislərinin Sinay cəbhəsinə gəlməsini gözləmək qərarına gəldi.
Türk qoşunlarının Süveyş kanalına yeni hücum təhlükəsi ingilis komandanlığını Misirdə öz qüvvələrini artırmağa məcbur etdi. Çanaqqala əməliyyatı zamanı Misir ingilis qoşunlarının ən böyük bazası idi və qoşunlar buradan Gelibolu yarımadasına göndərilirdi. Çanaqqala əməliyyatında, Saloniki cəbhəsində fəaliyyət göstərən və Misirdə yerləşən (komandir general Con Maksvel) İngilis qoşunları, general Arçibald Murrayın komandanlığı altında qərargahı Qahirədə olan Aralıq dənizi Ekspedisiya Qüvvələrinə birləşdirildi.
1916-cı il hərbi əməliyyatları 250px|thumb|left|1916-cı ildə El Ariş şəhəri 1916-cı ilin əvvəlində Çanaqqala əməliyyatı başa çatdıqdan sonra əhəmiyyətli sayda ingilis qüvvələri Misirə təxliyə edildi. 1916-cı ilin martına qədər Misirdə 13 piyada diviziyasının heyətini təxminən 400.000 nəfər təşkil edirdi. Sinay cəbhəsinin artan əhəmiyyətindən və bölgədə ingilis qoşunlarının sayının artmasından sonra Arçibald Murreyin komandanlığı altında Misir ekspedisiya ordusunun yaradılması qərara alındı. Eyni zamanda İngilis komandanlığı müdafiə mövqelərini Süveyş kanalından 15–30 km şərqə çəkərək onları möhkəmləndirdi. Həmçinin Britaniya imperiyasının Hərbi Naziri Lord Herbert Kitçener Sinay cəbhəsində ingilis qoşunlarının sayının artırılmasına razılıq verdi.
Eyni zamanda Osmanlı komandanlığı Süveyş kanalına kiçik hücumlarla məşğul olan bir neçə təxribat dəstələri yaratdı. Çanaqqala əməliyyatı başa çatdıqdan sonra Osmanlı ordusunun baş komandanı Ənvər Paşa Süveyş kanalını ələ keçirmək üçün ikinci hücumun təşkili qərarını verdi. Alman komandanlığı da bu planları dəstəklədi və burada mümkün qədər çox Britaniya qoşununun ilişib qalacağına ümid edirdi. Kanalın ələ keçirilməsi əməliyyatını həyata keçirmək üçün Osmanlı komandanlığı Kress fon Kressenşteynin komandanlığı altında ekspedisiya qüvvələri yaratdı. Onun tərkibinə 3-cü və 14-cü osmanlı piyada diviziyaları, həmçinin Avstriya-Almaniya artilleriya dəstəsi daxil idi. Kanal ərazisindəki İngilis qüvvələri üç (42-ci, 52-ci və 53-cü) piyada diviziyasından, bir süvari briqadasından və bir Anzak süvari diviziyasından ibarət idi. Bundan əlavə, doqquz böyük döyüş gəmisi və bir neçə torpedo gəmisi də quru bölmələrinə dəstək verirdi.
Osmanlı qoşunları Sinay səhrasını keçdi və avqustun əvvəlində İngilislərin Katia və Romanidəki müdafiə mövqelərinə çatdı. Avqustun 3-dən 5-dək türk qoşunları Romani yaxınlığında (Süveyş kanalından 37 km şərqdə) ingilis qoşunlarının mövqelərinə hücum etdi. 52-ci diviziya və Anzak süvari diviziyasının bölmələri Osmanlı qoşunlarının hücumlarını dəf edə bildi. İngilis bölmələri əks hücuma keçərək türklərə xeyli itki yaşatdılar. İngilis süvari birləşmələri tərəfindən təqib edilən Alman-Osmanlı qoşunları avqustun 12-də El Arişə qayıtdılar. Romani yaxınlığındakı döyüş zamanı 300-ə yaxın Britaniya əsgəri öldürüldü və 900-dən çoxu yaralandı. 250px|thumb|right|Avstraliya plyumotçusu Britaniya mənbələri alman-türk qoşunlarının 9 minə yaxın itki verdiyini bildirir. Bunlardan döyüşdə həlak olan 1250 nəfər döyüşdən dərhal sonra dəfn edildi. 4000-ə yaxın əsgər ingilislər tərəfindən əsir götürüldü. 2300 tüfəng, 4 ağır səhra topu, iki səhra xəstəxanası və digər qənimətlər də ələ keçirildi. Osmanlı və alman komandanlıqları ümumi itkilərini 5,500 - 6,000 nəfər olaraq qiymətləndirdi. Romanidəki qələbə Britaniya qoşunlarına İttifaq dövlətləri komandanlığının Süveyş kanalını ələ keçirmək cəhdlərini dəf etməyə imkan verdi. Bu döyüşdən sonra Osmanlı qoşunları kanalı təhdid etməyi dayandırdılar və şərqə doğru geri çəkilməyə başladılar. Dekabrın 28-də ingilislər türk qoşunları tərəfindən tərk edilmiş Əl Arişə daxil oldular. Maqdaba (23 dekabr 1916) və Rafa (9 yanvar 1917) döyüşlərində ingilis qoşunları osmanlıları geri otuzdurdu. Fələstinin cənub sərhədi keçən Qəzzə bölgəsinə yaxınlaşdı.
Süveyş kanalını ələ keçirmək üçün ikinci uğursuz cəhdə baxmayaraq, osmanlı qoşunları Sinay-Fələstin cəbhəsinə xeyli Britaniya qüvvələrinin cəmləşməsinə və onların başqa cəbhələrə göndərilməməsinə səbəb oldu.
1917-ci il hərbi əməliyyatları 250px|thumb|left|Osmanlı süvariləri, 1917-ci il Sinay kampaniyası başa çatdıqdan sonra, 1917-ci ilin əvvəllərində döyüşən tərəflər mövqelərini möhkəmləndirmək, arxa cəbhəni yenidən təşkil etmək və bir-birlərinin mövqelərinə hava hücumları ilə məşğul oldular. Mürreyin komandanlığı altında ingilis qoşunları Süveyş kanalının təhlükəsizliyini təmin etdi və Sinay yarımadasının bütün ərazisinə nəzarətə aldı. Rafada uğurlu döyüşdən sonra Britaniya komandanlığı Osmanlı imperiyasının ərazilərini ələ keçirmək üçün Fələstinə hücum hazırlayıb başlatmağa qərar verdi. Fələstinə hücum barədə qərar qəbul edildikdən sonra Britaniya diplomatları Fransa tərəfi ilə təsir dairələrinin bölüşdürülməsinə dair Says-Piko sazişi adını alan müqavilə bağladılar. Müqavilə Britaniyanın müharibədən sonra Fələstini işğal etmək hüququnu tanıdı, Fransa isə Suriyanı ələ keçirməli idi.
1917-ci ilin mart ayına qədər Osmanlı qoşunları Qəzzədən (Aralıq dənizi sahilində) Beer-Şevaya qədər (şəhərdən 40 km cənub-şərqdə) yeni müdafiə mövqeləri tutdular. Martın 26-da Britaniya qoşunları Qəzza yaxınlığında Osmanlı ordusunun mövqelərinə qarşı hücuma keçdi. Lakin ingilislər Osmanlı müdafiəsini yara bilmədilər. Qəzzəyə ilk hücum zamanı ingilislər 4000-ə yaxın adam itirdi (523 nəfər ölü, 2932 nəfər yaralı və 512 nəfər itkin düşdü və əsir götürüldü). Osmanlı ordusundan 1370 ölü və yaralı olmaqla, 1020 nəfər də itkin düşdü. Alman və Avstriya bölmələrindən 16 nəfər həlak olmuş və yaralanmış, 41 nəfər isə itkin düşmüşdü. 4-cü ordunun komandanı Camal Paşanın məlumatına görə, Osmanlı itkiləri 300-dən çox şəhid, 750 yaralı və 600 itkin olub.