Dirçəliş FK — 2019-cu ildən futbol klubu kimi fəaliyyətə başlamışdır, hal hazırda Azərbaycan Region Liqasında çıxış edən Bakı klubudur.
Tarixi "Dirçəliş" futbol klubu 2019-cu ildən Bakıda fəaliyyətə başlayıb. İlk dönəmlərdə klub mini-futbol həvəskar komanda şəklində fəaliyyət göstərib. Daha sonra komanda liderinin və komandada çıxış edən bir çox şəxsin təşəbbüsü ilə "Dirçəliş" futbol klubunun yaradılması qərarı verilmişdir.
Klubun adı Klubun adının "Dirçəliş" olmasının maraqlı tarixçəsi var. Klubun adının "Dirçəliş" qoyulması təklif edildikdən sonra, həqiqətən də gərəksə kluba yeni qoşulan futbolçular, gərəksə də xəyalını yerinə yetirmək istəyən istedadlı futbolçular üçün böyük bir dirçəliş mənbəyidir. Adın önəmini daha da artıran məqamlardan biri də, Azərbaycan Respublikasının tarixən bir neçə çətin dönəmdən keçməsi, amma bu dönəmi geri qoyaraq dirçəlməsi olub.
2021 Azərbaycanın əfsanəvi futbolçusu, "Şöhrət" ordenli Anatoli Banişevskinin 75 illik yubileyi, yarışın 25 illiyi, həmçinin Bakı Kəndlər Futbol Federasiyasının (BKFF) 15 illiyi münasibətilə futbol turniri keçirilib. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, AFFA-nın rəhbərliyi və BKFF-nın təşkilatçılığı ilə keçirilən turnirdə Bakı, Sumqayıt və Abşeronun kənd və qəsəbələrinin komandaları iştirak edib. Turnirin yarımfinal mərhələsində "Dirçəliş” və "İCBFA” komandaları qarşılaşıblar. Şağan Olimpiya İdman Kompleksində keçirilən oyunda "Dirçəliş" komandası 2:0 hesablı qələbə qazanıb. Bu qələbə sayəsində "Dirçəliş" komandası bürünc medala layiq görülüb.
2023 7 may 2023-cü il tarixində klub Azərbaycan Çempionatının Həvəskarlar Liqasında iştirak etməyə başladı. "C" qrupunda yer alan Dirçəlişin ilk rəqibi qısa adla (FÜİUGOEM) "ROFM" oldu. Çətin keçən qarşılaşmada 10 kişi ilə qalan Dirçəliş, qonaq meydanda 1–0 hesabı ilə qalib oldu. Mayın 14-ü "Mübariz Binə" klubuna qarşı böyük hesablı qələbə qazandı (7–1). Beləcə cavab oyunlarında da ard-arda qalibiyyətlər seriyası başladı. "ROFM" klubu ilə 5–3, "Çinar" (Zəngilan) klubu ilə 4–2, "Mübarizə Binə" klubu ilə də 7–1.
18 iyun 2023-cü il tarixində klub qrup oyunlarının heç birində məğlub olmayaraq liqa birincisi olaraq 1/4 final oyununa vəsiqəni əldə etdi. Bu görüş "Gənclik İK" klubuna qarşı oldu. ASK Arenada baş tutan oyun öz çətinliyi ilə yadda qaldı, 2–2-lik bərbəliyi 88-ci dəqiqədə İlkin Məmmədəliyev cərimə zərbəsi qolu ilə pozdu. Beləcə "Dirçəliş" 3–2 hesabı ilə qalib gələrək 1/2 finala vəsiqəni təmin etdi.
25 iyun 2023-cü il tarixində klub 1/2 oyun günündə "Gənclər FM" klubu ilə qarşılaşdı. Görüşdən öncə "Dirçəliş" klubunda dəyişiklik baş vermişdi. Baş məşqçinin öz mənafelərini ön plana salması nəticəsində "Dirçəliş" klubu Yannick Elio vəzifəsindən azad etdi. Turnirin digər hissəsində isə artıq baş məşqçi postuna müvəqqəti olaraq klubun prezidenti Şamil Şamilov keçdi. Sərt mübarizə şəraitində keçən qarşılaşamada 1-0 geridə olan "Dirçəliş", ikinci yarının 80-ci dəqiqəsində Nazarov İsmayılın qolu ilə bərabəliyi əldə etdi. Beləcə əlavə vaxtda da mübarizə davam etdi. Əlavə vaxtın sonuncu 119-cu dəqiqəsində Musayev Röyalın vurulan qolu ilə "Dirçəliş FK" adını finala yazdırdı.
2 iyul 2023-cü il tarixində "Dirçəliş" final qarşılaşmasında Bakinın "Lokomotiv" klubuna qarşı oynadı. Ümumi 6 qolun vurulduğu final oyununda "Dirçəliş" əzmli 4–2 qələbə qazanaraq çempion oldu.
2024 2024-cü ildən "Balakən Balxurma" klubu "Dirçəliş" futbol klubunun nəznində fəaliyyət göstərməyə başladı. Klub, Azərbaycan Yüksək Qızlar Liqasında da rəsmi olaraq mübarizə aparmağa başladı.
Emblem Emblemdə qırmızı dairənin içində (günəş), topun üstündə duran quzğun təsvirinə yer verilmişdir.
Quzğun – Qədim türklərin simvollarından biridir. Belə ki, quzğun ailəyə sadiqliyi, etibarı ilə seçilir. Məhz bu səbəbdən qədim Türklərin canavardan sonra simvol kimi qəbul etdikləri bu quşdur.
Texniki Heyət Şamil Şamilov - Dirçəliş FK prezidenti. Heydər Əlivey - Dirçəliş FK vitsa prezidenti. Arif Abasov - Dirçəliş FK-un əsas komandanın məşqçisi. Nurlan Quluzadə- Dirçəliş FK B komandasının məşqçisi.
Formalar 220x124px|thumb|right|alt="Dirçəliş" klubu ev forması|Dirçəliş FK ev forması Dirçəliş klubun ev formasının üstündə yer alan qırmızı zolaq - qan, altda qara zolaq - torpağın rəmzidir. Həmçinin klubun türkçü simvolu olan quzğuna formada da yer verilmişdir.
220x124px|thumb|right|alt=Dirçəliş FK|Dirçəliş FK səfər forması
Uğurları AHFF liqası (Azerbaijan Amateur Football Federation Leage) frameless|16x16px Çempion (1) - (2022/2023) Azərbaycan Respublikası Şəhidlərinə Həsr Olunmuş Turnir frameless|16x16px Gümüş Medal (1) - (2020)
Banşevski Kubokuhttps://offsideplus.az/liqalar/dig%C9%99r/44510-bani%C5%9Fevski-kuboku-i%CC%87kinci-turun-t%C9%99qvimi Bürünc Medal (1) - (2021) Banşevski Kuboku frameless|16x16px Gümüş Medal (1) - (2022)
Hədəfi Hər idman növlərində "Dirçəliş" adında klubların yaradılması, Azərbaycanda kütləviliyi və idman növlərinə marağı daha da artırmaq, həmçinin əsasən yerli futbolçuların kəşf olunaraq güclənməsinə və hədəflərinə çatmasına dəstək olmaqdır.
Dirçəliş Akemediyası Hal hazırda klubun akemediyasının daxilində U8-dən U16-ya qədər bir çox kamanda fəaliyyət göstərir.
Azərbaycan Futbol Federasiyası Həvəskarlar Liqasında Dirçəliş Futbol klubunun "B" adı altında əvəzedici heyəti də fəaliyyət göstərir.
Klubun heyəti Bayram Quluzadə – 55 oyunla klub heyətində ən çox oyun keçirən futbolçudur. Loğman Qafarzadə – 2021–22 sezonunda Region Liqasında keçirilən oyunda Dirçəliş Futbol Klubunun heyətində ilk qolu atan futbolçudur. Rəhman Quliyev – 31 qol ilə klub tarixinin ən çox qol vuran futbolçusudur.
İstinadlar