1 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki 1 №-li Mayak qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə 1 №-li Mayak kəndi adlandırılmışdır.

Toponimikası 1 №-li Mayak kəndi əvvəllər Neftçala rayonunun Bankə qəsəbə inzibati ərazi dairəsi tərkibində qəsəbə statusuna malik olmuşdur. Yaşayış məntəqəsi Bankə Balıq Kombinatının əsas vətəgəsi yerləşən 1 №-li Mayak yaxınlığında 1966-cı ildə salındığı üçün belə adlandırılmışdır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd cənub–şərqi Şirvan düzündə yerləşir.

Əhalisi Əhalisi 1015 nəfərdir.

Təhsil Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Neftçala rayonunun 1 №-li Mayak kəndində 100 şagird yerlik məktəb inşa edilmiş və məktəb binası yerli icra hakimiyyəti orqanının balansına verilmişdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Neftçala rayonunun kəndləri