Aleks (Alek) Manukyan (, ; ) — ABŞ sahibkarı, texnoloqu və xeyriyyəçisi. O, Erməni Ümumi Xeyriyyə İttifaqının prezidenti olmuşdur. Manukyan erməni xalqı üçün fəal xeyriyyəçilik fəaliyyəti ilə tanınır. 1994-cü ildəErmənistanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Həyatı Aleks (Alek) Manukyan 28 iyun 1901-ci ildə Osmanlı imperiyasının İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini yerli erməni məktəblərində almışdır. Manukyan 19 yaşında ABŞ-yə mühacirət etmişdir. O, ilk növbədə Bricport şəhərinə gəlmiş, burada fabrikdə çalışmış və eyni zamanda böyüklər üçün axşam kurslarında erməni dili dərsləri keçmişdir. Manukyan daha sonra şəhərdən şəhərə köçərək 1924-cü ildə Detroitdə məskunlaşmışdır. Orada avtomobil hissələri fabrikində iş tapmış və 1929-cu ildə öz şirkətini qurmuşdur. Bu, sonradan illik mənfəəti 3 milyard dollardan çox olan çoxmillətli "Masco Corporation"a çevrilmişdir.
Manukyan ABŞ-də erməni təhsilinin yaradılmasına xüsusi diqqət yetirmi.dir. 1963-cü ildə Miçiqanda özəl məktəb açmışdır.Мкртчян Т. Г. Армянская диаспора в США (1960-е — 1990-е гг.). Диссертация на соискание ученой степени кандидата исторических наук. — Тамбов, 2015. — С. 120. Режим доступа: O, 1968-ci ildə erməni diasporunda və Ermənistan SSR-də proqramları dəstəkləmək üçün Aleks Manukyan Mədəniyyət Fondunu təsis etmişdir.Мкртчян Т. Г. Армянская диаспора в США (1960-е — 1990-е гг.). Диссертация на соискание ученой степени кандидата исторических наук. — Тамбов, 2015. — С. 119. Режим доступа:
Mükafatlar Ermənistanın Milli Qəhrəmanı (14 oktyabr 1994-cü il) — "dövlət əhəmiyyətli müstəsna xidmətlərinə, xalqın rifahı naminə uzun illər səmərəli fəaliyyətinə görə". Ellis Adası Şərəf Medalı.
İrsi 2006-cı ildə Aleks Manukyana həsr olunmuş Ermənistanın poçt markası buraxılmışdır. İrəvanda bir küçə onun adını daşıyır.
İstinadlar
Xarici keçidlər
Biography, by Steve Takesian Alex and Marie Manoogian Interred in Holy Etchmiadzin Armenian General Benevolent Union — AGBU Алек Манукян Алек Манукян (1901–1996)
Kateqoriya:ABŞ iş adamları Kateqoriya:Ermənistanın Milli Qəhrəmanları Kateqoriya:ABŞ erməniləri Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:Ermənistan iş adamları Kateqoriya:Osmanlı imperiyasından ABŞ-yə mühacirət edənlər