Boyat FK — bölgə çempionatlarında iştirak edən, həvəskar Neftçalanın Boyat kənd futbol klubudur. Klubun tarixi 1965-ci ildən başlayır.

Tarixi Klub 1965-ci ildə, Sovet Sosialist Respublikaları İttifaqı dövründə yaradılmışdır. İlk dönəmlərdə "1 May Adına Kalxoz Futbol Klubu" adı altında fəaliyyətə başlayıb klub. Daha sonralar adı dəyişdirilərək "Boyat Klubu", "Boyat Kənd Futbol Klubu" və sonuncu olaraq, günümüzdəki adını, "Boyat Futbol Klubu" adını alıb.

Tarixən Azərbaycan futbolunda o qədər də üzə çıxmayıb "Boyat" futbol klubu. Adını Bayat tayfasından alan kəndi təmsil edir. "Boyat" klubu, Azərbaycan Futbol liqasında iştirak etməməsinə baxmayaraq, bölgə üzrə bir çox nailiyyətlər əldə etmişdir. Klub Neftçalada yaradılan ən son (2023) turnirdə 1-ci yeri tutmuşdur. Bundan əlavə, bir çox turnirdə də 1-cilik əldə etmişdir.

Boyat kəndi, futbola marağı ilə seçilir. Belə ki, tez-tez Ucar rayonu Boyat kəndi və digər kəndlər ilə dostluq, yoldaşlıq oyunları ilə daim futbola marağı aktiv tuturlar.

Tarixən Kapitan və Baş Məşqçiləri 1987 Baş məşqçi: Vaqif Nəsirov Kapitan: Vaqif Nəsirov

1990/1991 Baş məşqçi: Zakir Abbasov Kapitan: Rahim İbrahimov

2003 Baş məşqçi: Ceyhun Hacıyev Kapitan: Bilinmir

2022 Baş məşqçi: Ceyhun Hacıyev Kapitan: Nicat İbrahimov

Loqonun Anlamı Hazırda Azərbaycanda 3 Boyat kəndi vardır. Bunlar, Ucar rayonu Boyat kəndi, Ağcabədi rayonu Boyat kəndi və Neftçala rayonu Boyat kəndi.

Neftçala adından məlum olduğu kimi, klubun emblemində də bu işarəyə yer verilmişdir.

Texniki Heyət Texniki Rəhbər, Texniki işlərlə məşğul olan — Murad Hidayətzadə

Uğurları Neftçala Çempionatı frameless|16x16px Birincilik (7) — 1987,1990,1991, 1998, 2004, 2005, 2023 frameless|16x16px İkincilik (2) — 2003, 2022

Həmçinin Bax Azərbaycan futbol klublarının siyahısı Bayat tayfası Boyat (Ağcabədi)

İstinadlar