Bosniya və Herseqovina Futbol Assosiasiyası () — Bosniya və Herseqovina futbolunun əas idarəedici orqanı. Mərkəzi ofisi Sarayevo şəhərində yerləşir.

Bosniya futbol assosiasiyası 1920-ci ildə Yuqoslaviyanın Sarayevo futbol assosiasiyası kimi yaradılıb. 1992-ci ildə assosiasiya yenidən Bosniya və Herseqovinanın futbol assosiasiyası kimi bərpa edilib.

Tarixi Bosniya və Herseqovinada futbol tarixi 1903-cü ildə Sarayevo və 1905-ci ildə Mostar şəhərlərində futbol komandalarının yaranması ilə başlayır. Daha sonra Banya Luka, Tuzla, Zenica və Bihaç kimi digər şəhərlərdədə insanlar futbol oyunu ilə tanış olurlar. 1908-ci ildə, ölkə Avstriya-Macarıstanın hakimiyyəti altında olduğu zaman, futbol üzrə ilk yarışlar keçirilməyə başlayır.

Birinci Dünya müharibəsi başlayanda Sarayevoda dörd dini və etnik mənsubiyyətinə görə beş klub var idi. Bunlar Bosniya xorvatlarının "SAŞK", Bosniya serblərinə bağlı "Slaviya", bosniyalıların "Đerzelez" (həmçinin Sarajevski kimi tanınır), Bosniya yəhudilərinin "Makabi Sarayevo" (həmçinin Barko kimi tanınır) və çoxmillətli işçi klubu "RŞD Hayduk" klubları idi. Sarayevo klubları ilə yanaşı, paytaxtdan kənarda təxminən 20 klub var idi.

1918-ci ildən sonra Yuqoslaviya Krallığının yaradılması liqaların sayının artmasına səbəb oldu və tezliklə Bosniya və Herseqovinadan olan iki komandanın, Banya Luka Futbol Alt Assosiasiyasının və Sarayevo Futbol Alt Assosiasiyasının çempionlarının iştirak etdiyi daxili milli çempionat təşkil edildi. 1920-ci ildə Sarayevo Futbol Assosiasiyasının sələfi kimi Bosniya-Hersoqovina Futbol Assosiasiyası təsis edilir və Assosiasiya vahid çempionat təşkil edir. Vahid çempionat 1939/40-cı illərə qədər davam edir.

İkinci Dünya Müharibəsindən sonra, Bosniya və Herseqovina Futbol Assosiasiyası Yuqoslaviya Futbol Assosiasiyasına bağlı olan qurum kimi fəaliyyət göstərməyə başlayır.

1992-ci ildə, Bosniya və Herseqovina futbol birliyi adı ilə müstəqil assosiasiya kimi fəaliyyətini bərpa edir. 1996-cı ildə FİFA-ya və 1998-ci ildə UEFA-ya üzv olur.

Fəaliyyəti Birlik adlanan assosiasiya, milli futbol komandalarının (kişi, qadın, gənclər) fəaliyyətini təşkil edir və onlara rəhbərlik edir. Birliyin himayəsi altında kişilər və qadınlar arasında Bosniya və Herseqovina çempionatları, eləcə də bir çox digər yarışlar keçirilir.

Aşağıakı yarışları təşkil edir:

Kişi

Bosniya və Herseqovina Premyer Liqası Bosniya və Herseqovina Federasiyasının Birinci Liqası FBH-nin İkinci Liqası — Şimal FBH İkinci Liqası — Mərkəz FBH-nin İkinci Liqası-Cənub FBH-nin İkinci Liqası — Qərb

Qadın

Bosniya və Herseqovina Qadınlar Premyer Liqası

Milli komandaları

+ Kişi komandalarıKomandaMəşqçilərMilli komandaFaruk HacibegiçU-21 milli komandasıİqor YankoviçU-19 milli komandasıMario İvankoviçU-18 milli komandasıSlaven MusaU-17 milli komandasıNermin ŞabiçU-15 milli komandasıÇedomir ÇulumFutzal komandasıIvo Krezo

+ Qadın komandalarıKomandaNameMilli komandaSamira HuremU-19 milli komandasıDragan YevtiçU-17 milli komandasıIliya Luciç

İstinadlar

Kateqoriya:UEFA-nın üzv assosiasiyaları Kateqoriya:Bosniya və Herseqovinada futbol Kateqoriya:Futbol təşkilatları