Rövşən Oqtay oğlu Qurbanov (16 noyabr 1982, Bakı, Azərbaycan SSR) — azərbaycanlı tarzən, muğam ifaçısı və musiqi pedaqoqu.
Həyatı Qurbanov Rövşən Oqtay oğlu 16 noyabr 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. Musiqi təhsilini 1988-2000-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində almışdır. Məktəb illərində tar ifaçılığının incəliklərini əməkdar müəllim Əflaruz Məmmədovdan öyrənmişdir. 1993-cü ildə məktəblərarası müsabiqədə II yerə layiq görülmüşdür.
2000-2004-cü illərdə Bakı Musiqi Akademiyasının bakalavr pilləsində, 2004-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasının magistratura pilləsində təhsil almış və təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
Təhsil illərində xalq artistləri Vamiq Məmmədəliyev, Firuz Əliyev, Möhlət Müslümov və əməkdar incəsənət xadimi, professor Oqtay Quliyevdən dərs almışdır.
2005-2008-ci illərdə Azərbaycan Milli Konservatoriyasının nəzdində olan Asəf Zeynallı adına Musiqi Kollecində, 2006-cı ildən Azərbaycan Milli Konservatoriyasının "İnstrumental muğam" kafedrasında, 2010-cu ildən isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində tar müəllimi kimi fəaliyyət göstərir.
Azərbaycan Milli Konservatoriyasının "İnstrumental muğam" kafedrasında baş müəllimdir.
2011-ci ildə xanəndə Rəvanə Qurbanova ilə ailə həyatı qurub. Bir qızı və bir oğlu var.
2019-cu ildən Beynəlxalq Muğam Mərkəzinin solistidir.
Fəaliyyəti 2023-cü il dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzində həyat yoldaşı, xanəndə Rəvanə Qurbanova ilə birlikdə "Qəlbimizin səsi" adlı konsert proqramı ilə çıxış etmişdir.
2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində Aygün Bəylər və Toğrul Əsədullayevlə birlikdə "Şərq Təranələri" Beynəlxalq Musiqi Festivalında I yerə layiq görülmüşdür.Aygün Bəylər, Rövşən Qurbanov, Toğrul Əsədullayev "Bayatı-Şiraz" Səmərqənd Final
2011-ci ildə Qəbələ Musiqi Festivalının,Qəbələ beynəlxalq festivalının səyyar konserti olub , medeniyyet.azAzərbaycanın ev sahibliyi etdiyi daha bir mədəniyyət bayramı tarixə yazıldı , medeniyyet.az 2013 və 2018-ci illərdə Beynəlxalq Muğam Festivalının,Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam gecəsi keçirilib , news.milli.azBeynəlxalq Muğam Festivalı çərçivəsində "Bayatı-Şiraz" muğamı səslənib , azerbaijan-news.az 2016-cı ildə "Sound waves" musiqi festivalının,Bakıda "Səs dalğaları" adlı musiqi festivalı təşkil olunub, AZƏRTAC 2018-ci ildə Qırğızıstanda keçirilən Beynəlxalq Etno Mədəniyyət FestivalınınIII Dünya Köçəri Oyunlarında etnomədəniyyət festivalı keçirilib, medeniyyet.az və Polşada keçirilən Beynəlxalq Musiqi Festivalının iştirakçısı olmuşdur.Azərbaycan Polşada keçirilən Beynəlxalq Musiqi Festivalında təmsil olunub , AZƏRTAC
2014-cü ildə Bakıda konsert verən özbəkistanlı ifaçı Sevara Nazarxonu müşayiət etmişdir.Baku to host star of world ethnic music , AzerNewsÖzbəkistanlı müğənni yenidən Bakıda konsert proqramı ilə çıxış edəcək, AZƏRTAC
2005-ci ildən etibarən ABŞ,Los Angeles Celebrates the 95th Anniversary of the First Azerbaijan-US Diplomatic Encounter , losangeles.mfa.gov.az Çin,Çində keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində geniş tərkibli nümayəndə heyətimiz iştirak edəcəkdir, AZƏRTAC Böyük Britaniya, Niderland,Muğamımız Niderland səhnəsində , medeniyyet.az Polşa,Polşada "Azərbaycan muğamı" adlı konsert təşkil edilib, AZƏRTAC"Leyli və Məcnun" muğam operası Varşavadakı Kral Sarayında səslənib, AZƏRTACAzərbaycan incəsənət ustaları Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında iştirak ediblər , 1news.az Səudiyyə Ərəbistanı,Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi Səudiyyə Ərəbistanı Krallığında qeyd edilmişdir, AZƏRTAC İtaliya, Fransa,Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Parisdə qeyd edilib, AZƏRTAC Finlandiya,Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Helsinkidə konsert təşkil edilib, AZƏRTAC İspaniya,Madriddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli qəbul təşkil edilib , AZƏRTAC İsveçrə,İsveçrədə muğam axşamları, AZƏRTAC TürkiyəTürk dünyasının mədəniyyət zirvəsi , medeniyyet.az və RusiyadaMoskvada Azərbaycan muğamı axşamı , medeniyyet.az Azərbaycan milli musiqisini təmsil etmişdir.
İlk ansambl fəaliyyətinə 2001-ci ildə "Tənha" instrumental ansamblı ilə başlamış, 2003-cü ildən isə Aygün Bəylərin rəhbərlik etdiyi Şövkət Ələkbərova adına musiqi kollektivi ilə davam etmişdir.
2005-ci ildən "Buta" instrumental ansamblının bədii rəhbəridir. Rəhbərlik etdiyi "Buta" instrumental ansamblı ilə bir çox xanəndə və müğənniləri müşayiət etmişdir."Vətənim Azərbaycan" adlı yeni layihəni təqdim edir , hafta.azFlora, Aygün və Natavan eyni səhnədə , qafqazinfo.az"Muğam axşamları" layihəsi çərçivəsində "Zabul segah" muğamı təqdim ediləcək , millitv.az
2025-ci il martın 21-də Fransanın Strasburq şəhərində Novruz bayramı münasibətilə keçirilən muğam konsertində tarzən kimi çıxış edib.
2025-ci il martın 23-də İsveçrənin Bern şəhərində Novruz bayramına həsr olunmuş konsert proqramında çıxış edib.
2025-ci il mayın 27-də İstanbulda "Konstitusiya və Suverenlik İli" və 28 May - Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə Rövşən Qurbanovun rəhbərlik etdiyi muğam qrupu çıxış edib.
2025-ci ildə İzmir şəhərində 28 May - Müstəqillik Günü münasibətilə təşkil olunmuş konsert proqramında Rövşən Qurbanovun muğam qrupunun müşayiəti ilə çıxış olub.
Hazırda musiqi sənətinin inkişafı və təbliği istiqamətində fəaliyyətini davam etdirir. Eyni zamanda, milli musiqi irsinin qorunması, gələcək nəsillərə ötürülməsi və yeni ifaçıların yetişdirilməsi istiqamətində çalışır.
Beynəlxalq və dövlət tədbirlərində iştirakı Rövşən Qurbanov Azərbaycan musiqisini müxtəlif beynəlxalq və dövlət səviyyəli tədbirlərdə təmsil etmişdir.
Tarix Tədbir 2005 Özbəkistanda keçirilən "Şərq Təranələri" Beynəlxalq Musiqi Festivalında I yerə layiq görülüb. 2011 Çinin Pekin şəhərində keçirilən "Azərbaycan Mədəniyyət Günləri"ndə iştirak edib. 2011 Serbiyada Heydər Əliyev Parkının açılışında iştirak edib. 2012 Londonda Kraliça II Elizabetin "Diamond Jubilee" mərasimində iştirak edib. 2012 ABŞ-ın Vaşinqton şəhərində SOCAR-ın 20 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak edib. 2012 London Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib. 2013 Polşada Heydər Əliyev heykəlinin açılışında iştirak edib. 2013 Almaniyanın Berlin şəhərində keçirilən turizm sərgisində iştirak edib. 2013 İsveçrənin Bern şəhərində Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbirdə iştirak edib. 2013 Ankarada TÜRKSOY-un 20 illik yubileyi ilə bağlı tədbirdə iştirak edib. 2013 İsveçrədə BMT-nin tədbirində iştirak edib. 2013 Səudiyyə Ərəbistanında Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbirdə iştirak edib. 2015 Fransada, UNESCO binasında "Dədə Qorqud"un 1300 illik yubileyi ilə bağlı tədbirdə iştirak edib. 2015 İtaliyada "Expo" sərgisinin açılış mərasimində iştirak edib. 2016 Fransa və Polşada Heydər Əliyevin 93 illik anım gecəsində iştirak edib. 2018 Finlandiya və İspaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərdə iştirak edib. 2021 İsveçrə və Vyanada Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak edib. 2021 İstanbulda Zəfər Günü ilə bağlı tədbirdə iştirak edib. 2021 Moskvada Milli Musiqi Alətləri Muzeyində keçirilən konsert proqramında iştirak edib. 2022 Şuşada keçirilən "Şuşa - 270" tədbirində iştirak edib. 29 aprel 2023 Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. 10 may 2023 Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirdə iştirak edib. 23 avqust 2024 Özbəkistanda keçirilən "Azərbaycan Mədəniyyət Günləri"ndə iştirak edib. 21 mart 2025 Fransanın Strasburq şəhərində solo konsert verib. 23 mart 2025 İsveçrənin Bern şəhərində solo konsert verib. 21-28 may 2025 Türkiyənin İğdır, Qars, İstanbul və İzmir şəhərlərində solo konsertlər verib. 5 oktyabr 2025 Opera studiosunda solo konsert verib. 16 mart 2026 İtaliyanın Roma şəhərində Novruz bayramı konsertində iştirak edib. 19 mart 2026 Fransanın Paris şəhərində Novruz bayramı konsertində iştirak edib. 22 mart 2026 Niderlandın Rotterdam şəhərində Novruz bayramı konsertində iştirak edib. 3 may 2026 Vyetnamın Hanoy şəhərində Vyetnamda yaşayan azərbaycanlılarla keçirilən görüşdə iştirak edib. Görüş Vyetnam azərbaycanlıları və əvvəllər Bakıda təhsil almış vyetnamlılarla keçirilən ilk genişmiqyaslı görüş kimi qeyd olunub. 5 iyun 2026 Türkmənistanın Aşqabad şəhərində Azərbaycan Mədəniyyət Günləri çərçivəsində keçirilən qala-konsertdə çıxış edib. 22–25 oktyabr 2026 Anqolanın Luanda şəhərində keçirilən AnqoJazz festivalında iştirak edib.
Mükafatları 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.
2025-ci ildə də Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülən incəsənət xadimləri sırasında yer alıb.
Konsertlər "Qəlbimizin səsi" "Gəncləşən Muğam-4"Heydər Əliyev Sarayında gənc xanəndələrin konserti keçiriləcək , APA "Muğam axşamları"Beynəlxalq Muğam Mərkəzində mövsümün ilk konsertinə hazırlıqlar gedir , Bakuplus.az Muğam konserti"Buta" instrumental ansamblının muğam konserti , medeniyyet.az "Qədim muğam sənətinin gənc səsləri""Qədim muğam sənətinin gənc səsləri" , medeniyyet.az "Vətənim Azərbaycan"Beynəlxalq Muğam Mərkəzi "Vətənim Azərbaycan" adlı yeni layihəni təqdim edir , azerbaijan-news.az "İsti payızın sərin nəğmələri"В Баку прозвучали "Прохладные песни теплой осени" , Day.az "Klassik musiqi inciləri"Muğam Mərkəzində "Klassik musiqi inciləri" layihəsi çərçivəsində konsert olub, AZƏRTAC Ağaxan Abdullayevin 70 illik yubiley konsertiAğaxan Abdullayevin 70 illik yubiley konserti , culture.gov.az "Unudulmaz nəğmələrin gecəsi""Unudulmaz nəğmələrin gecəsi" , Report.az "Unudulmayanlar": Sara Qədimova"Unudulmayanlar": Sara Qədimova , Realpress.az "Nəğmə dolu bir ürəyəm ey Vətən" "Muğam axşamları": Arif Babayevin 85 illik yubileyi"Muğam axşamları": Arif Babayevin 85 illik yubileyi , medeniyyet.az "Sən elə bir zirvəsən"Əməkdar artistin "Sən elə bir zirvəsən" adlı solo konserti təşkil olunacaq , Baku Art
Xarici keçidlər
Rövşən Qurbanov "Tar Festivalı"na start verilib "Kamança Şuşanın səsidir" musiqi layihəsi təqdim edilib Beynəlxalq Muğam Mərkəzinin "Qəzəllər" layihəsi davam edir Beynəlxalq Muğam Mərkəzində "Bayatı Şiraz" muğamı təqdim olunub Beynəlxalq Muğam Mərkəzində "Mahur-hindi" muğamı təqdim olunub Azərbaycan Polşada keçirilən Beynəlxalq Musiqi Festivalında təmsil olunub
İstinadlar