Ləcət — Azərbaycan Respublikasının Qusar rayonunun Həzrə kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd 1999-cu ildə yaradılmışdır.

Toponimikası Ləcət oyk., sadə. Xaçmaz r-nlınun eyniadlı i.ə.v.-də kənd. Samur–Dəvəçi ovalığındadır. Keçmiş adı Ləcətoba olmuşdur. Kənd Qusar r-nundakı Ləcət kəndinə məxsus qışlaq yeri olduğu üçün belə adlandırılmışdı. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kəndin adındakı ikinci komponent (oba sözü) düşmüşdür; Qusar maili düzənliyindədir. Ehtimal etmək olar ki, oykonim ləc (bataq¬lıq) və ət (burada “yer, məkan" mənasım bildirir) komponentlərindən düzəlib, “bataq¬lıq yer" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 693 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Şəxsiyyətləri Mirzəmət Novruzov (d.25.12.1936. Qusar rayonu, Ləcət kəndi – ö. 29.12.2011. Bakı) — ATU-nun Əsaslı Kitabxanasının direktoru (1980–2011).

Təhsil Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Qusar rayonu Ləcət kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması üçün 425 000 manat vəsait ayrılmışdır"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az .

Həmçinin bax Qusar rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Qusar rayonunun kəndləri