Dandıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun Solquca kənd inzibati ərazi dairəsində kənd.
Coğrafiyası Təbiəti digər kəndlərdən daha cazibədardır. Uca dağların ətəyində səhər-səhər duman, çən çəkiləndən sonra göyün üzünün şəffaflığı, əzəmətli yüksəkliklər buranı özlərinə yaşam seçənlərin ruhuna hakim kəsilib. Suyu təmiz bulaqlardan qaynayır. Təbiət əsiri olan dandıqlılar heç pis də dolanmırlar. Payızda topladıqları meyvələr il ərzində satılaraq ailənin tələbatına uyğun xərclənir. Fərdi tərəvəz sahələrinin artması, mal-qaranın çoxalması da yaşayışın səviyyəsindən xəbər verir.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
Toponimikası Dandıx oyk, sadə. Zəngəlqaya dağının ətəyindədir. Yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Tikanlı kəndindən köçüb gəlmiş ailələr Dandıx adlı yerdə salmışlar. Danlıq coğrafi termin kimi "bozqır, otsuz yer", "quru yer", "çılpaq yer" mənasındadır. Dan sözünün "quru" mənasına Abşeron yarımadasındakı Danşor gölünün adında da rast gəlmək olar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 159 nəfər əhali yaşayır.
Həmçinin bax Qəbələ rayonu
Xarici keçidlər İnzibati Ərazi Vahidləri
İstinadlar
Kateqoriya:Qəbələ rayonunun kəndləri