Anaxanım İsmayılova (qızlıq soyadı: Ağayeva; ) — Azərbaycanı təmsil edən qadın boksçu.

Karyerası Anaxanım Ağayeva 2014-cü ilin 31 may-8 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış etdi. Ağayeva 1/8 final mərhələsində Almaniya nümayəndəsi Sarah Bormanna qalib gəlsə də (3:0), 1/4 final mərhələsində Fransa təmsilçisi Vassilia Lxadiriya məğlub oldu (1:2) və Avropa Çempionatının beşinci pillədə başa vurdu.

Daha sonra Anaxanım Ağayeva 2014-cü ilin 16–24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Ağayeva 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Tailand nümayəndəsi Sopida Satumruma məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.

2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Anaxanım Ağayeva, turnirin 1/8 final mərhələsindəcə Polşa nümayəndəsi Sandra Drabiha məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.

Daha sonra Anaxanım Ağayeva 2016-cı ilin 8–18 aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Ağayeva turnirin 1/16 final mərhələsindəcə Moldova nümayəndəsi Yuliya Koroliya məğlub oldu (1:2) və mübarizəsini dayandırdı.

Anaxanım Ağayeva 2016-cı ilin 15–24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında da mübarizə apardı. Ağayeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Yelena Saveleva məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.

COVID-19 pandemiyasına görə əvvəl 2020-ci ilin martında Birləşmiş Krallıqda, sonra isə 2021-ci ilin iyununda Fransada baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə aparan Anaxanım Ağayeva, turnirin 1/16 final mərhələsindəcə Ukrayna nümayəndəsi Tatyana Koba məğlub oldu (RSC) və mübarizəsini dayandırdı.

Daha sonra Anaxanım İsmayılova 2022-ci ildə Monteneqronun Budva şəhərində baş tutan Avropa Çempionatında çıxış etdi. İsmayılova 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Yaroslava Marinçuha qalib gəlsə də (3:2), 1/2 final mərhələsində İrlandiya təmsilçisi Kaitlin Fryersa məğlub oldu (0:5) və Avropa Çempionatının bürünc medalına sahib oldu.

Anaxanım İsmayılova 2023-cü ilin 16–26 martında Hindistanın Yeni Dehli şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. İsmayılova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Hindistan nümayəndəsi Zareen Nixata məğlub oldu (0:5) və mübarizəsini dayandırdı.

Uğurları SıraİlYarışEv sahibiNəticə12014Avropa Çempionatı Rumıniya5.2Dünya Çempionatı Cənubi KoreyaPAT32015Avropa Oyunları AzərbaycanPAT42016Avropa Olimpiya Təsnifat Turniri TürkiyəPAT5Avropa Çempionatı BolqarıstanPAT62021Avropa Olimpiya Təsnifat Turniri FransaPAT72022Avropa Çempionatı Monteneqro3.82023Dünya Çempionatı HindistanPAT

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın boksçuları Kateqoriya:2015 Avropa Oyunlarında boksçular