Dağlıq Livan əmirliyi və ya Cəbəl-Lübnan əmirliyi () — 1516-cı ildən 1840-cı ilə qədər indiki Livanın cənubundakı dağlıq vilayətlərdə mövcud olmuş əmirlik.
Tarixi Osmanlı sultanı I Səlim Mərcidabık döyüşündə döyüşündə məmlükləri məğlub etdikdən sonra Məən sülaləsindən I Fəxrəddinə Livanın cənubunda torpaqlar vermişdir. Bu torpaqlarda əmirlik yaradılmışdır. I Fəxrəddin Bab-ı Ali vassalı idi və sultan üçün vergi toplamaq üçün onun ərazisində vəzifələr yerinə yetirirdi. I Fəxrəddin və II Fəxrəddin ilkin əmirliyin ərazisini xeyli genişləndirdilər. Məənilər 1516-cı ildən 1697-ci ilə qədər Cəbəl-Lübnanda hökmranlıq etmişdilər. Həmin il bu sülalənin sonuncusu Əmir Əhməd kişi övladı olmadan vəfat etmişdir. Bundan sonra əmirliyin vassalları Heydər Şihabı yeni əmir seçmişdilər. Şihab sülaləsi 1697-ci ildən 1840-cı ilə qədər əmirliyi idarə etdi. 1840-cı ildə əmirliyin ərazisi ingilis-türk qoşunları tərəfindən tutulmuş və sonuncu əmir II Bəşir sürgün edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Mannheim, Ivan. Syria & Lebanon. — Footprint travel Guides., 2001. — С. 567.. — ISBN 1-900949-90-3. Hitti, Philippe K. The origins of the Druze people and Religion. — Bibliobazaar LLC., 2008. — С. 23-24.. — ISBN 1-4346-8537-3.
Xarici keçidlər
История. Ливан
Kateqoriya:Livan tarixi Kateqoriya:Osmanlı əyalətləri Kateqoriya:Müsəlman sülalələr