Sarıhacallı — Azərbaycan Respublikasının Qəbələ rayonunun Dizaxlı kənd inzibati ərazi dairəsində kənd.

Coğrafiyası Sarıhacallı kiçik kəndlərdən biridir. Bir vaxtlar bu ərazidə yaşayanların şəraiti elə ağır olub ki, nəticədə buranı tərk etmək məcburiyyəti ilə üzləşiblər. Ona görə də əhalinin sayı get-gedə aşağı düşüb. Hazırda burada artezian quyusu qazılıb, yolu təmir edilib, yaşayışın öz axarına düşməsi üçün ciddi işlər görüldüyündən kənddə artım hiss olunur. Həm əhalinin sayında, həm də dolanışığında irəliləyiş var.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009. İndi camaat təsərrüfatlarını genişləndirə bilir, suyu olduğundan əkin-biçinə marağı da güclənib. Məktəb yaşlı uşaqların sayı çoxaldıqdan sonra kənddə məktəb tikintisinə də başlanacaq. Hələlik isə qonşu Dızaxlı kəndində, orta məktədə təhsil almaq imkanları var.

Toponimikası Sarıhacılı oyk., sadə. Ağdam r-nunun Seyidli i.ə.v.-də kənd. Qarabağ düzündədir; Ərəş düzündədir. Sanhacıllı, Sanhacalılı variantlarında da qeydə alınmışdır. Oykonim sarı-hacılı nəslinin adını əks etdirir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 89 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Qəbələ rayonu

Xarici keçidlər İnzibati Ərazi Vahidləri

İstinadlar

Kateqoriya:Qəbələ rayonunun kəndləri