200px|thumb|Yerusəlim şəhərinin gerbi.

Yəhuda aslanı (, ) — ənənəvi olaraq Yəhuda qəbiləsinin simvolu kimi qəbul edilən yəhudi milli və mədəni simvolu. Yəhuda övladları ilə aslan arasındakı əlaqəni ilk olaraq Yəhudi Bibliyasının Yaradılış kitabında Yaqubun dördüncü oğlu Yəhudaya verdiyi xeyir-duada tapmaq olar.

Bu, xristian teologiyasına görə, Əhdi-cədidin Vəhy Kitabında Nazaretli İsanı təmsil edən bir termin kimi də xatırlanır. Yəhuda aslanı Süleyman sülaləsindən olan Efiopiya imperatorlarının istifadə etdiyi titullardan biri idi.

İstinadlar

Xarici keçidlər

Lions in Jewish art Jewish Heraldry

Kateqoriya:Xristian terminologiyası Kateqoriya:Xristianlıq simvolizmi Kateqoriya:İudaizm Kateqoriya:Simvolizm Kateqoriya:Mifoloji şirlər Kateqoriya:Efiopiya