Çəmənli (əvvəlki adı: Dilənçilər) — Azərbaycan Respublikasının Bərdə rayonunun Zümürxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Yeni Daşkənd kənd Sovetinin Dilənçilər kəndi Zümürxan kənd Sovetinin tərkibinə verilmişdir.
Toponimikası Yaşayış məntəqəsini keçmiş Çıraqlı Qərvənd kəndindən köçmüş ailələr 1860-cı ildə xəzinə torpağına məxsus Dilənçilər yeri adlı ərazidə saldığına görə əvvəllər Dilənçilər adlandırılmışdır.
Coğrafiyası və iqlimi Kənd Qarabağ düzündə yerləşir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Bərdə rayonunun kəndləri