İslam Dövləti – Əlcəzair vilayəti (İD-ƏV; , ad-Dawlah al-Islāmiyah – Wilayah al-Jazā’ir) — silahlı İslam Dövləti (İD) qruplaşmasının Əlcəzairdə fəaliyyət göstərən qolu. Qrup əvvəllər "Cund əl-Xilafa fi Ərd əl-Cəzair" (; mənası – "Əlcəzairdə xilafət əsgərləri") kimi tanınırdı.
2014-cü ildə onlar 55 yaşlı fransız alpinist Erve Qurdeli qaçırmışdılar. Qrup 22 sentyabr 2014-cü il tarixli videoda qeyd etmişdir ki, onlar bunu İD sözçüsü Ədnaninin ABŞ ilə birlikdə İD-yə qarşı döyüşən ölkələrin vətəndaşlarına hücum etmək əmrinin bir hissəsidir. 24 sentyabr 2014-cü ildə "Əlcəzair vilayəti" Erve Qurdelin başını kəsdiyini iddia etmişdir.
İstinadlar
Kateqoriya:ABŞ tərəfindən terror təşkilatı olaraq tanınmış təşkilatlar Kateqoriya:Cihad qruplaşmaları Kateqoriya:İslam Dövlətinin vilayətləri