Hacıbəyli — Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Tərtər çayının sahilində, Qarabağ düzündədir. Yaşayış məntəqəsi XIX əsrin axırlarında Hacıbəyə məxsus torpaq sahəsində salındığı üçün belə adlanmışdır. Bayat tayfasının tirələrindən biri də hacıbəyli adlanır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 311.

İstinadlar

Kateqoriya:Bərdə rayonunun kəndləri