Cüvə — Azərbaycan Respublikasının Ağdaş rayonunun Korarx kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidinin Cüvə kəndi Korarx kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.
Toponimikası Azərbaycana ilk gəlişləri XII əsrdən hesablanan, Səfəvilər dövründə qacarların tərkibində Azərbaycanın iqtisadi-siyasi həyatında fəal iştirak etmiş yivə/yıva tayfasının adından olduğu ehtimal edilir. Toponimin Güvə variantı da işlənməkdədir.
Coğrafiyası və iqlimi Kənd Şirvan düzündə yerləşir.
Əhalisi Əhalisi 517 nəfərdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağdaş rayonunun kəndləri