Ana Mariya Tostado Dominqo (; ) — İspaniya universal voleybolçusu. 1992 Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
Həyatı Ana Mariya Tostado 30 oktyabr 1971-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur.
1990–1992-ci illərdə "Espanyol" da, 1993–1994-cü illərdə "Mursiya"da çıxış etmişdir. 1990/91 mövsümündə "Espanyol"un tərkibində İspaniya çempionatını, kubokunu və superkubokunu, 1993/94 mövsümündə "Mursiya"nın tərkibində ölkə çempionluğunu qazanmışdır.
1991-ci ildə İspaniyanın qadınlardan ibarət komandasının tərkibində Yaponiyada keçirilən dünya çempionatında çıxış etmiş, komanda 11-ci yeri tutmuşdur.
O, 1992-ci ildə Barselonada Yay Olimpiya Oyunlarında İspaniyanın qadın voleybol komandasının üzvü olmuş, 4 oyun keçirmişdir. Komanda 8-ci yeri tutmuşdur.
İstinadlar
Kateqoriya:İspaniya voleybolçuları Kateqoriya:1992 Yay Olimpiya Oyunlarında voleybolçular