Duyğu Asena () - Türkiyəli jurnalist, yazıçı.

Həyatı Duyğu Asena Nihal və Muxtarın qızı olaraq İstanbulda anadan olub. Atası küncüt biznesi ilə məşğul olub. Babası CHP Gümüşhane millət vəkili Əli Şövkət Öndərsevdir, şair İnci Asena isə onun bacısıdır. O, orta təhsilini Kadıköy Özəl Qız Kollecində bitirdikdən sonra İstanbul Universitetinin Pedaqoji fakültəsində təhsil alıb. İş həyatına pedaqoq kimi başlayan Asena, Haseki Xəstəxanası Uşaq Klinikasında və İstanbul Universiteti Uşaq Evində çalışıb. Qəzetdəki ilk yazısı 1972-ci ildə “Hürriyyət” qəzetində “Kəpənək” əlavəsində dərc edilib. Bu vaxtdan sonra müxtəlif jurnal və qəzetlərdə jurnalist və idarəçi olaraq çalışıb. Türkiyədə qadın jurnalları sırasında ən önəmli jurnallardan “Qadınca” jurnalının 1978-1992-ci illər arasında baş redaktoru olub. 1992-1997-ci illər arasında o, TRT-2 telekanalında “Ondan sonra” adlı veriliş hazırlayıb.

İstanbulda Zəncirliquyu qəbiristanlığında Duyğu Asenanın məzarı

Jurnalistika fəaliyyətilə yanaşı, yazıçılığını da davam etdirən D.Asena, ilk kitabı “Qadının adı yoxdur” ilə məşhurlaşıb. Kitab Türkiyədə ədəbsiz hesab edildiyi üçün 1988-ci ildə qadağan edilib. Uzun sürən məhkəmə çəkişməsindən sonra təkrar nəşrinə icazə verilib və həmin il rejissor Atıf Yılmaz tərəfindən filmi çəkilib.

Yazıları və kitablarında toxunduğu mövzulara görə o, feminist yazıçı olaraq tanınıb. D.Asena 2006-cı il iyulun 30-da beyin şişindən müalicə aldığı VKV Amerika xəstəxanasında vəfat edib. Onun nəşi Zəncirliquyu qəbiristanlığında torpağa tapşırılıb. Türkiyə P.E.N. Yazıçılar Dərnəyi 2006-cı ildə Türkiyə qadın hərəkatına xidmətlərinə görə D.Asenanın adına mükafat təsis edib və ilk mükafatı Lətifə xanım onun tərcümeyi-halı səbəbilə İpek Çalışlara verib.

Kitabları Qadının adı yoxdur (Kadının adı yok) - 1987 Əslində eşq də yoxdur (Aslında aşk da yok) - 1989 Qəhrəmanlar həmişə kişilərdir (Kahramanlar hep erkek) - 1992 Dəyişən bir şey yoxdur (Değişen bir şey yok) - 1994 Güzgüdə eşq var idi (Aynada aşk vardı) - 1997 Əslində azadsan (Aslında özgürsün) - 2001 Eşq gedirəm deməz (Aşk gidiyorum demez) - 2003 Paramparça – 2004 Mükafatları “Nöqtə” jurnalından Doruktakiler mükafatı - 1988 Boğaziçi Universitetindən ən yaxşı yazıçı mükafatı (Qadın adı yoxdur) - 1988 Boğaziçi Universitetindən ən yaxşı yazıçı

İstinadlar

Xarici keçidlər www.dogankitap.com Ahmet Altan'ın 12 Ağustos 2006 tarihli köşe yazısı www.radikal.com.tr www.milliyet.com.tr BBC Türkçe ile 1999'da yapılan röportaj

Kateqoriya:XXI əsr Türkiyə qadınları Kateqoriya:Türk feministlər Kateqoriya:Pedaqoqlar