– Yaponiyada ixtira edilmiş performans sənəti. Paltar geyinmiş kişi və ya qadın iştirakçılar xəyali, yəni olmayan partnerlə sekslə məşğul olmağa çalışırlar. Hava seksi məşğuliyyəti 2006-cı ildə sevgilisi olmayan bir qrup yapon oğlan tərəfindən ixtira edilmişdir.

Tarixi Məşğuliyyət 2006-cı ildə Yaponiyanın "Weekly Playboy" jurnalı, daha sonra ingilisdilli "Mainichi Daily News" veb-saytı tərəfindən işıqlandırılmışdır.Japan's air sex world champion licks himself into shape , Mainichi Daily News, 21 September 2006 2007-ci ilin yanvarında isə YouTube-a "Hava seksi üzrə dünya çempionatı" videosu yüklənmişdir.Air Sex World Championship , YouTube, uploaded 2 January 2007 BBC Three kanalında yayımlanan "Yapanorama" sənədli serialı 2007-ci ilin martındakı bir epizodunu hava seksinə həsr etmişdir.Japanorama, 3-cü seriya, 2-ci seriya, BBC3, ilk dəfə 26 mart 2007-ci ildə yayımlanıb.

Müsabiqələr Hava seksi məşğuliyyətinin ABŞ-da populyarlıq qazanmasından sonra ABŞ-də hava seksi üzrə müsabiqələr keçirilməyə başlanmışdır. 2008-ci ildə keçirilmiş hava seksi müsabiqəsinin qalibi Sed Lerry adlı şəxs olmuşdur. 2009-cu ildə ABŞ-ın Texas ştatının Ostin şəhərində "Alamo Drafthouse" tərəfindən Hava Seksi üzrə Dünya Çempionatlarına start verilmişdir.

Hava seksi məşğuliyyəti ilə məşğul olarkən müxtəlif qaydalar tətbiq oluna bilər. Çılpaqlığa icazə yoxdur, orqazm saxta olmalıdır. Performans partnersiz və ya bir cisimlə yerinə yetirilir. Qaliblər münsiflər heyəti tərəfindən seçilir.

İstinadlar

Xarici keçidlər Hava seksi – cinsi əlaqə imitasiyası müsabiqəsi

Kateqoriya:Yaponiyada seksuallıq Kateqoriya:Yaponiya ixtiraları Kateqoriya:Yaponiyada komediya Kateqoriya:İnsan seksuallığı