Çester Alan Artur (; ) — Amerika dövlət xadimi, hüquqşünas. Amerika Birləşmiş Ştatlarının 21-ci prezidenti (1881–1885) və 20-ci vitse-prezidenti.
1881-ci il sentyabrın 19-da prezident Ceyms Qarfildin qətlindən sonra həmin vaxt vitse-prezident vəzifəsini daşıyan Çester Artur prezident vəzifələrinin icrasına başlamış və sentyabrın 22-də konstitusiyaya sədaqət andı içmişdir.
Dövlət vəzifələrinin hakim partiyanın nümayəndələri arasında bölüşdürülməsi qaydasını ləğv edərək 1883-cü ildə dövlət qulluğu haqqında qanun qəbul etmişdir. Qanuna əsasən ABŞ dövlət aparatında vəzifəyə təyinatlar müsabiqə yolu ilə həyata keçirilməyə başlandı.
Həmçinin bax Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısı
İstinadlar
Kateqoriya:ABŞ prezidentləri Kateqoriya:ABŞ vitse-prezidentləri Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:ABŞ hərbçiləri Kateqoriya:Vermontda doğulanlar Kateqoriya:Nyu-Yorkda vəfat edənlər Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1884) Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Viqlər Partiyası (ABŞ) Kateqoriya:ABŞ hüquqşünasları