Tailand Demokratlar Partiyası (Tay dili: พรรคประชาธิปัตย์ไทย) Tailand siyasi partiyasıdır. Tailandın ən qədim partiyası, kralçı partiya kimi qurulmuşdur; indi mühafizəkar və bazar tərəfdarı mövqeyini qoruyur
Demokratlar Partiyası 1948, 1976 və 1996-cı illərdə parlamentdə özünün ən yaxşı çıxışını etdi. O, heç vaxt parlamentdə çoxluq qazana bilməyib. Partiyanın seçkiyə dəstək bazaları Tailandın cənubu və Banqkokdur, baxmayaraq ki, Banqkokda seçkilərin nəticələri geniş şəkildə dəyişib. 2004-cü ildən bəri Demokrat namizədlər Banqkok qubernatorluğuna üç seçkidə qalib gəliblər. 2005-2019-cu illərdə Demokratlar Partiyasına keçmiş baş nazir Abisit Vejjajiva rəhbərlik edib. İstinadlar
Kateqoriya:Tailand siyasi partiyaları Kateqoriya:Sağ mərkəzçi partiyalar Kateqoriya:Sosial mühafizəkar partiyalar Kateqoriya:Mühafizəkar partiyalar Kateqoriya:Mühafizəkar liberal partiyalar