Vüqar Bəybalayev () — Azərbaycanlı peşəkar futbolçu.

Həyatı Vüqar Bəybala oğlu Bəybalayev 1993-cü ilin 5 avqustunda Sumqayıt şəhərində anadan olmuşdur. O, "Gənclər Birliyi" klubunun uşaq futbolu bölümündə, Sumqayıt şəhərində 9 yaşında futbol oynamağa başlayıb. 1.5 il sonra o, Sumqayıt şəhər Gənclər İdman Məktəbinə keçdi və oraya Sumqayıt FK-nın mentoru Tofiq Rzayev tərəfindən dəvət edilmişdi. 6 il bu məktəbdə təhsil alıb.

Klub karyerası

Azərbaycan Çempionat

Vüqar Bəybalayev "Bakı" FK-nın yetirməsidir. O, ilk dəfə 2008-ci ildə mentor Məqsəd Yəqubəliyev tərəfindən klubun həftəlik təlim-məşq toplanışına dəvət olunub. Yoxlamadan uğurla keçərək bir mövsüm Bakının 17 yaşadək futbolçulardan ibarət gənclər komandasında çıxış edir. Bundan əlavə, o, yarım mövsümü Qəhrəman Əliyevin məşqçisi olduğu Bakının əvəzedici komandasında keçirir.

2011-ci ildə futbolçu icarə əsasında Azərbaycan çempionatının birinci divizionunun — Bakının Balacarı kəndindən "Lokomotiv Baladjarı" klubuna keçib və onunla 1+1 sistemi üzrə müqavilə imzalayıb. Klubda bir mövsüm keçirdikdən sonra 90 dəqiqə ərzində 28 matçın hamısında meydana daxil olaraq mütləq rekorda imza atır.

2012-ci ildə o, mövsümün yarısını keçirdiyi "Bakı" FK-nın əvəzedici komandasına qayıdır. 2013-cü ilin yanvarında qış transfer dönəmində birinci divizionda çıxış edən "Turan Tovuz"a icarə əsasında keçib. Yarım mövsümü də əyalət komandasında keçirir.

2013-cü ilin yayında futbolçu Azərbaycan Premyer Liqasında, yetirməsi olduğu "Bakı" FK-nın əsas komandasında çıxış etməyə başlayır.

Kubok 2011-ci ildə "Lokomotiv-Balacarı"nın futbolçusu olmaqla Azərbaycan kubokunda bir oyun keçirib.

Fransa 2013-cü ilin dekabr ayının sonunda "Bakı" FK rəhbərliyi Vüqar Bəybalayevi Ülvi Süleymanov, Mahir Mədətov, Nicat Əsgərov və Valeh Seyidovla birlikdə 2014-cü ilin əvvəlində Fransanın "Lans" klubuna keçəcəyini açıqlamışdı. "Bakı" futbol klubunun prezidenti Azərbaycanlı iş adamı Hafiz Məmmədovdur. Klubun futbolçuları 2013/2014-cü il mövsümünün ilk oyununa "Azərbaycan Odlar Yurdu" yazısı olan köynək geyinib.

Azərbaycan milli komandası 2009-cu ildə Azərbaycanın 19 yaşadək gənclərdən ibarət yığmasının toplanışına dəvət alıb.

İstinadlar

Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Səbail FK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rəvan Bakı FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular