Yusif Əhmədzadə () - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
Haqqında Yusif Əhmədzadə Ticarət və Sənaye İttifaqının sədr müavini olmuşdur.
Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, ticarət-sənaye ittifaqından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi.
1919 ilin fevralında ingilislər tərəfindən Batumidə həbs edilmiş Nuru Paşanı xilas etmək lazım idi. Bu mövzuda müxtəlif versiyalar irəli sürülməkdədir. Bu versiyaların birində qeyd olunur ki, İbrahim bəy Heydərov və silahdaşları Nuru paşanın xilasını çətinliklə də olsa təşkil etməyi bacarmış və onu azad edib Bakıya gətirmişdilər. Bu işin əsas təşkilatçısı isə Azərbaycan Parlamentinin üzvü Əhmədzadə idi. O, otuzuncu illərdə repressiyaya məruz qalmış, həbs olunaraq güllələnmişdi.
İstinadlar
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Repressiya qurbanları