1389–1392-ci illər Litvada vətəndaş müharibəsi — əmi oğlanları – Polşa kralı və Böyük Litva knyazlığı hersoqu Yaqaylo ilə hersoq Vitovt arasında hakimiyyət uğrunda gedən ikinci müharibə. Onların ilk qarşıdurması barışıq ilə nəticələnsə də, əsas ziddiyyətlər aradan qaldırılmadı. Yadviqa ilə nikahından sonra Yaqaylo 1386-cı ildə II Vladislav adı ilə Polşa taxtına çıxdı və yerinə qardaşı Skirqaylonu hersoqluğun qubernatoru təyin etdi. Skirqaylonun əhali arasında populyar olmamasından istifadə edən, Vitovt Litva taxtı uğrunda mübarizəni davam etdirmək qərarına gəldi. Böyük Vilnüs hersoqluğunun paytaxtını ələ keçirmək üçün uğursuz cəhddən sonra Vitovt Tevton ordeninin cəngavərləri ilə ittifaqa girdi. Orden Litvanın yeganə düşməni idi, lakin öz maraqlarına görə bir çox Litva knyazları, xüsusən də, Vitovt və Yaqaylo onunla müttəfiqlik münasibətləri qurmağa can atırdılar.

Qarşıdurmada qalib müəyyən edilmədiyindən, bu da tərəfləri güzəştə getməyə vadar etdi. 1392-ci ildə bağlanmış Ostrov müqaviləsinin şərtlərinə görə Vitovt Yaqaylonu Litvanın ali hökmdarı kimi tanıdı və özü də Böyük Litva knyazlığının hersoqu oldu. Arxa fon Vitovt və Yaqaylo arasındakı qarşıdurmanın tarixi 1377-ci ilə dayanır. Otuz ildən çox kiçik qardaşı Keystut ilə birlikdə Litvanı idarə edən Böyük hersoq Olgerdin ölümündən sonra, Keystut və oğlu Vitovt və Yaqaylonu Litvanın Böyük hersoqları kimi tanısalar da, Yaqaylo hakimiyyəti heç kimlə bölüşmək fikrində deyildi. Kiaupa Z., Kiaupienė J., Kunevičius A. The History of Lithuania Before 1795 (English ed.). — Vilnius: Lithuanian Institute of History, 2000. — pp. 124—126. — ISBN 9986-810-13-2. 1380-ci ildə Tevton ordeni ilə gizli danışıqlara başlandı. 31 may 1380-ci ildə Yaqaylo və Tevton ordeninin Böyük magistrı Vinrix fon Kniprod, Keystut əleyhinə yönəlmiş gizli Dovidişkovski müqaviləsini bağladılar. Müqavilənin bağlanma səbəbləri tam aydın deyildi: bəzi tarixçilər hesab edirlər ki, müqavilənin bağlanması təşəbbüsü Yaqaylonun anası Ulyana Tverskayadan və ya onun müşaviri Vaidila tərəfindən gəlib. Koncius J. B. Vytautas the Great, Grand Duke of Lithuania. — Miami: Franklin Press, 1964. — pp. 21-23. Digərləri isə qeyd edirlər ki, Keystut təxminən 80 yaşında idi və o, qətiyyətlə xristianlığı qəbul etmirdi, Yaqaylo isə otuz yaşına çatmışdı, o isə ölkəni modernləşdirməyin yollarını axtarırdı. Jakštas J. Lithuania to World War I // Albertas Gerutis. Lithuania: 700 Years. translated by Algirdas Budreckis — 6th ed. — New York: Manyland Books, 1984. — pp. 57-58. — ISBN 0-87141-028-1.

Keystut və Vitovt öncə uğur qazansalar da, Yaqaylonun ordenlə sui-qəsdindən xəbər tutan Keystut Vilnaya hücum edərək, şəhəri tutub, Yaqaylonun özünü də ələ keçirdi. Christiansen E. The Northern Crusades. — London: Penguin Books, 1997. — pp. 164—165. — ISBN 0-14-026653-4. Məhkumla yumşaq rəftar edildi: Keystut qardaşı oğlundan onun Böyük hersoq kimi yazılı şəkildə tanınmasını tələb etdi və sonra ata-baba torpaqlarını (Krevo və Vitebsk) qaytararaq onu azad etdi. Gediminidlərin qalanları da Keystuta and içdilər. Qocalmış şahzadə Velau, Tapiau və digər şəhərlərin ətrafını viran qoyaraq səlibçilərə qarşı uğurlu mübarizəyə başladı. Ivinskis Z. Lietuvos istorija iki Vytauto Didžiojo mirties. — Rome: Lietuvių katalikų mokslo akademija, 1978. — pp. 271—273. Ordenin əks hücumu Vitovt tərəfindən dəf edildi.

Növbəti mərhələdə uğur Yaqaylonun tərəfində oldu. Bir çox Gediminidlər öz vəziyyətlərindən narazı idilər. İlk üsyanı Novqorod-Severski knyazı Koribut (vəftiz olunmuş Dmitri) qaldırdı. Keystut kiçik bir dəstə ilə ona qarşı yürüş etdi, lakin məğlub oldu. Bu zaman Vilnanın özündə Böyük knyaz və oğlunun (Vytautas o vaxt Trokidə hökmranlıq edirdi) yoxluğundan istifadə edən Yaqaylo tərəfdarlarının üsyanı baş qaldırdı. Tacir Qanulun başçılıq etdiyi üsyançılar Vilna qarnizonunu darmadağın etdilər. 12 iyun 1382-ci ildə Yaqaylo paytaxta daxil oldu. İyulun 6-da o, Brajuol ordeni ilə barışıq bağladı və tezliklə Trokini mühasirəyə aldı və şəhəri təslim olmağa məcbur etdi. Kučinskas A. Kęstutis. — Vilnius: Mokslas, 1988. — p. 173. — ISBN 5-420-00623-5. Yaqaylonun qardaşı Skirqaylo Olgerdoviç Trokidə qubernator olaraq qaldı. Keystut buna baxmayaraq təslim olmadı. Ivinskis Z. Vytauto jaunystė ir jo veikimas iki 1392 m. // Paulius Šležas. Vytautas Didysis. — Vilnius: Vyriausioji enciklopedijų redakcija, 1988. — pp. 7-32. Tezliklə o, ona hərbi yardım göstərməyə razılaşan Jemaytiyalıları qazanmağı bacardı. 200px|thumb|left|Voyçex Qerson, Keystut və Vitovt Yaqaylonun əsirliyində, 1873 Avqustun 3-də Keystut, oğlu, Vitovt və qardaşı Lubartın qoşunları Trokda Yaqaylonun müttəfiq qoşunlarına və Livoniya ordeninin magistrı Vilhelm von Frimerşeymlə qarşı-qarşıya gəldilər. Keystutun qalib gəlmək şansı az idi: Yaqaylonun qoşunları sayca daha çox idi və üstəlik, Jemaytiyalılar döyüşdə iştirak etməyə can atmırdılar. Döyüş baş tutmadı: Keystut və Vitovt düşərgəsinə gələn Skirqaylo onları sülh danışıqlarına başlamağa inandırdı. Krevo qalasına gəldikdən sonra Keystut və Vitovt dərhal tutuldu və avqustun 15-də isə Keystut ölü tapıldı. Yaqaylo, Keystutun özünü asdığını açıqlasa da, lakin çoxları onun Yaqaylonun əmri ilə boğulduğuna inanırdı. Urban W. Samogitian Crusade. — Chicago: Lithuanian Research and Studies Center, 2006. — pp. 170—171. — ISBN 0-929700-56-2. Vitovt, ərinə qadın paltarı verərək, həyat yoldaşı Annanın köməyi ilə əsirlikdən qaça bildi - Vitovt diqqətdən kənarda qalaraq, qaladan çıxmağı bacara bildi. Jonynas I. Vytauto šeimyna. Istorijos baruose. — Vilnius: Mokslas, 1984. — pp. 35-38.

Mübarizə bununla da bitmədi. Vitovt, ordenin magistrı Konrad Zöllner ilə müqavilə bağladı. Urban W. Samogitian Crusade. — Chicago: Lithuanian Research and Studies Center, 2006. — pp. 173—174. — ISBN 0-929700-56-2. Səlibçilər, Yaqaylo və Vitovtu öz aralarında sıxışdırmağa ümid edirdilər. 1383-cü il sentyabrın 11-də Orden Cəngavərləri, Böyük Litva hersoqluğuna hücum etdilər və tezliklə Vitovt da, 3000 nəfərlik Samogit ordusu ilə onlara qoşuldu. 30 yanvar 1384-cü ildə knyaz, Trokskinin qanuni knyazı kimi ordenə vassal and içdi, Nevejis çayı və Kaunas bölgəsinə qədər Samogitiyanı mülkiyyətinə keçirdi. Sužiedėlis S. Vytautas the Great // Encyclopedia Lituanica. — VI. — Boston, Massachusetts: Juozas Kapočius, 1970—1978. — pp. 208—209. Bu zaman Yaqaylo vəftiz olunmağı və Dmitri Donskoyun qızı ilə evlənməyi planlaşdırırdı, lakin hər şeyin yaxşı getməsi üçün ona Vitovt ilə sülh lazım idi. Gizli danışıqlar başladı: Yaqaylo Lubart və oğlu Fyodor sülaləsinin sona çatdığı yerdə, əmisi öğlu Volını, Lutskiyə verəcəyini vəd etdi. Yaqaylo da Polotskini, Andrey Olgerdoviçdən alan kimi Vitovta Trok knyazlığını qaytaracağına söz verdi. Vitovt razılaşdı, atəşkəs bağlandı və artıq noyabrın 6-da onların birləşmiş qoşunları Tevton ordeni qalası Yeni Marienverderi yandırdılar. thumb|150px|Osqar Sosnovski, Yadviqa və Yaqaylo. Qrup Litva-Polşa birliyini simvollaşdırır. Müharibələr arasındakı dövr 1385-ci ildə Polşa taxtının varisi, Angevinlər sülaləsinin nümayəndəsi Yadviqa ilə Böyük Litva hersoqu Yaqaylonun evlənməsi üçün hazırlıqlara başlandı. Yepiskop Pyotr Vış 14 yaşlı kraliçanı (rəsmi adı "Polşa kralı" (rex Poloniae)) bu evliliyə girməklə bütün bir xalqın xristianlığı qəbul edəcəyinə inandırdı. Qatı dindar olan kraliça bununla razılaşdı. 1386-cı il fevralın 15-də evlilik baş tutdu və Yaqaylo Polşa taxtına oturdu. Sruogienė-Sruoga V. Jogaila (1350—1434) // Lituanus 4 (33), 1987. — ISSN 0024-5089.

Bundan sonra Litvanın mövqeyi dəyişdi. İndi Yaqaylo hər iki dövləti Krakovdan idarə edirdi, Polşa kralı və Böyük Litva hersoq titulunu almışdı. Baxmayaraq ki, çoxları bundan narazı idi, o, qardaşı Skirqaylonu Litvaya öz naibi olaraq təyin etmişdi. Litvada məcburi katolikləşməyə və Krevo İttifaqına qarşı çıxan Krakov hakimiyyətinə qarşı müxalifət yarandı. Gieysztor A. The kingdom of Poland and the grand duchy of Lithuania, 1370—1506. — The New Cambridge Medieval History, c. 1415 — c. 1500. 7. Cambridge University Press, 1998. — p. 732. — ISBN 0-521-38296-3.

Bu müxalif qrupun başında o dövrdə Qrodno və Podlyaşe knyazı Vitovt dayanırdı. Məsələ o idi ki, Yaqaylo öhdəliklərinin yerinə yetirilməsini gecikdirdi: Vitovta vəd edilən troklar, Skirqaylonun əlində qalmaqda davam edirdi. Onun hakimiyyəti həm xalqın, həm də Litva zadəganlarının narazılığına səbəb olsa da, əksinə Vitovt getdikcə populyarlaşırdı. Zadəganlar onun köməyi ilə Yaqaylonun hakimiyyətindən qurtulmağa və dövlətin müstəqilliyini bərpa etməyə ümid edirdilər.

Əsas hadisələr Birinci mərhələ (1389—1390) 1389-cu ildə Böyük HYersoqluqdakı iğtişaşlardan xəbərdar olan Yaqaylo Klemens Moskazevskini Litvanın paytaxtına Polşa qarnizonunu yerləşdirmək və vəziyyəti sabitləşdirmək üçün Vilnaya göndərdi ki, bu da məsələni daha da böyütmüş oldu. Yaqaylo Vitovt və Skirqaylo arasında artan münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. Vitovt, Skirqayloya sadiq qalacağını və onu dəstəkləyəcəyi vədini verən müqaviləni imzalamağa məcbur oldu, lakin o, Volıniya şahzadəsi kimi təsdiqlənmədi. Vitovt, qızı Sofiyanın Böyük Moskva knyazlığının dükü I Vasili ilə yaxınlaşan toyundan faydalanmağa qərar verərək hücum planı üzərində düşünməyə başladı. Vitovt toya hazırlıq adı altında mühafizəçilərin müşayiəti ilə ot, ət və digər mallarla bir konvoy göndərmək fikrindən istifadə edərək Vilna qalasını tutmalı olacaqdı. Lakin xəyanət ucbatından bu plan iflasa uğradı (bunu bir alman kəşfiyyatçısı aşkar etdi). Jonynas I. Vytauto šeimyna // Istorijos baruose. — Vilnius: Mokslas, 1984. — p. 60. Urban W. Samogitian Crusade. — Chicago: Lithuanian Research and Studies Center, 2006. — pp. 193—194. — ISBN 0-929700-56-2. Nəticədə Vitovtun iki sadiq müttəfiqi, qardaşı Tovtivil və qaynı İvan Qolşanski mülklərini - Novoqrudok və Qolşanı itirdilər. thumb|left|225px|1386-1434-cü illərdə Polşa krallığı və Böyük Litva hersoqluğu Vitovt, əsir cəngavər Marquard von Saltsbaxı danışıqlara göndərərək yenidən kömək üçün ordenə müraciət etmək məcburiyyətində qaldı (Tezliklə məhbus kimi deyil, komissar kimi qayıdan Saltsbaxdan əlavə, Vitovt xoşməramlılıq nümayiş etdirmək üçün yüzdən çox əsir düşmüş zadəganı Prussiyaya buraxdı). 19 yanvar 1390-cı ildə Skirgaylo və Yaqaylodan gizli olaraq, əvvəlki müharibə zamanı bağlanmış Köniqsberq müqaviləsinin əsas məqamlarını təsdiqləyən, Vitovt və Yaqaylo arasındakı döyüşdə ordenin köməyini təmin edən Lika müqaviləsi bağlandı. Ivinskis Z. Lietuvos istorija iki Vytauto Didžiojo mirties. — Rome: Lietuvių katalikų mokslo akademija, 1978. — pp. 304—306. Bunun müqabilində Vitovt Samogitiyanın Nevejisə qədər olan hissəsini Ordenə verəcəyini vəd etdi. Mickūnaitė G. From Pamphlet to Political Theory: The Establishment of Lithuanian Dynastic Tradition // The medieval chronicle II: proceedings of the 2nd International Conference on the Medieval Chronicle, Driebergen/Utrecht 16-21 July 1999 / Erik Kooper. Rodopi, 2002. — p. 157. — ISBN 90-420-0834-2. Ancaq bir dəfə Vitovt tərəfindən aldadılan səlibçilər bu dəfə girovları tələb etdilər. Onların çoxu: qardaşları Sigizmund və Tovtivil, həyat yoldaşı Anna, qızı Sofiya, bacısı Rimqayla, qaynı İvan Qolşanski və Vitovta rəğbət bəsləyən Litva zadəganlarının bəzi digər nümayəndələri Vitovtun yaxın adamları və qohumları idilər. Koncius J. B. Vytautas the Great, Grand Duke of Lithuania. Miami: Franklin Press, 1964. pp. 40-44.