İslam Abbasov () — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.

Karyerası İslam Abbasov 2012-ci ildə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. 2013-cü ildə isə İslam Abbasov Monteneqroda yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalına sahib olsa da, Serbiyada yeniyetmələr arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə turnirin qalibi oldu.

2014-cü il ərzində İslam Abbasov Polşada gənclər arasında Avropa Çempionatının və Xorvatiyada gənclər arasında Dünya Çempionatının qızıl medallarına sahib oldu.

2015-ci ildə İslam Abbasov Fransa Qran-Prinin və U23 Avropa Çempionatının bürünc medallarına sahib oldu. İlin əsas turnirlərində isə İslam Abbasov — gənclər arasında Avropa Çempionatının qalibi oldu, amma gənclər arasında Dünya Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu.

İslam Abbasov 2016-cı ilin martında Latviyada Avropa Çempionatlarında debüt eləsə də uğursuz çıxış etdi və turniri 14-cü pillədə başa vurdu. Bolqarıstanda U23 Avropa Çempionatını da 8-ci pillədə başa vuran İslam Abbasov iyunda Rumıniyada ardıcıl üçüncü dəfə gənclər arasında Dünya Çempionatının qalibi oldu. Daha sonra o, sentyabrda hərbçilər arasında Dünya Çempionatının gümüş, noyabrda isə Qızıl Qran-Pri beynəlxalq turnirinin qızıl medalına sahib oldu.

2017-ci ildə isə İslam Abbasov əvvəl martda Vəhbi Əmrə beynəlxalq turnirinin gümüş medalına sahib oldu, sonra isə mayda İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Avqustda Fransanın Paris şəhərində Dünya Çempionatında debüt edən İslam Abbasov turniri beşinci pillədə başa vurdu. Daha isə o, sentyabrda Litvada hərbçilər arasında Dünya Çempionatının, noyabrda isə Polşada U23 Avropa Çempionatının bürünc medallarına sahib oldu.

2018-ci ildə İslam Abbasov fevralda Kiyev şəhərində beynəlxalq turniri gümüş medalla başa vurdu. Daha sonra o, apreldə Rusiyada Avropa Çempionatını beşinci pillədə başa vurdu. Mayda hərbçilər arasında Dünya Çempionatının bürünc medalına sahib olan İslam Abbasov iyunda U23 Avropa Çempionatının qalibi oldu. Ardınca Vəhbi Əmrə beynəlxalq turnirinin və Oleq Karavayev beynəlxalq turnirinin gümüş medallarına sahib olan İslam Abbasov Macarıstanda Dünya Çempionatını beşinci pillədə, Rumıniyada U23 Dünya Çempionatını isə qızıl medalla başa vurdu.

2019-cu il isə İslam Abbasov üçün uğursuz oldu. İstanbulda Vəhbi Əmrə beynəlxalq turnirini və Dyörda Macarıstan Qran-Prisini medalsız başa vuran İslam Abbasov apreldə Rumıniyada Avropa Çempionatının, iyunda Belarusda Avropa Oyunlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib oldu. Sentyabrda isə Qazaxıstanda Dünya Çempionatında 18-ci pillədə qərarlaşan İslam Abbasov ili qızıl medalsız başa vurdu.

2020-ci ildə İslam Abbasov yanvarda Fransa Qran-Prisində uğursuz çıxış etdi. Fevralda isə İslam Abbasov İtaliyanın Roma şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. COVID-19 pandemiyasına görə il ərzində beynəlxalq turnirlər baş tutmadı.

2021-ci ilin əvvəli isə İslam Abbasov üçün uğurlu oldu. Yanvarda Fransada Qran-Prinin qalibi olan İslam Abbasov martda Macarıstanda Avropa Olimpiya Təsnifat Turnirinin də qızıl medalına sahib oldu və olimpiya lisenziyası əldə etdi. Olimpiadadan əvvəl İslam Abbasov iyunda Polşada Poland Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Avqustda isə o, Azərbaycanı olimpiada da təmsil etdi. İslam Abbasov turnirin 1/8 final mərhələsində Kuba nümayəndəsi Daniel Gregoriç ilə üz-üzə gəldi. Həmin görüşdə İslam Abbasov rəqibinə 1:4 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı. Olimpiadadan sonra İslam Abbasov sentyabrda Norveçdə Dünya Çempionatında da uğursuz çıxış etdi və turniri 25-ci pillədə başa vurdu.

Olimpiadadan sonra İslam Abbasov 2022-ci ildə Vəhbi Əmrə beynəlxalq turnirinin və Mateo Pellison beynəlxalq turnirinin qalibi oldu, martda isə Macarıstanın Budapeşt şəhərində Avropa Çempionatının bürünc medalına sahib oldu.

2023-cü il də İslam Abbasov üçün uğursuz oldu. İslam Abbasov il ərzində Zagreb Open və Avropa Çempionatında uğursuz çıxış etdi və müvafiq olaraq turnirləri 17-ci və 5-ci pillələrdə başa vurdu.

Nəticələri

SıraİlYarışEv sahibiNəticə12012Yeniyetmələrin Dünya Çempionatı Azərbaycan1.22013Yeniyetmələrin Avropa Çempionatı Monteneqro2.3Yeniyetmələrin Dünya Çempionatı Serbiya1.42014Gənclərin Avropa Çempionatı Polşa1.5Gənclərin Dünya Çempionatı Xorvatiya1.62015Fransa Qran-Prisi Fransa3.7U23 Avropa Çempionatı Polşa3.8Gənclərin Avropa Çempionatı Türkiyə1.9Gənclərin Dünya Çempionatı Braziliya2.102016Avropa Çempionatı Latviya14.11U23 Avropa Çempionatı Bolqarıstan8.12Gənclərin Avropa Çempionatı Rumıniya1.13Hərbçilərin Dünya Çempionatı KYRM2.14Qızıl Qran-Pri Azərbaycan1.152017Vəhbi Əmrə Turniri Türkiyə2.16İslam Həmrəyliyi Oyunları Azərbaycan1.17Dünya Çempionatı Fransa5.18Hərbçilərin Dünya Çempionatı Litva3.19U23 Dünya Çempionatı Polşa3.202018Kiyev Turniri Ukrayna2.21Avropa Çempionatı Rusiya5.22Hərbçilərin Dünya Çempionatı Rusiya3.23U23 Avropa Çempionatı Türkiyə1.24Vəhbi Əmrə Turniri Türkiyə2.25Oleq Karavayev Turniri Rusiya2.26Dünya Çempionatı Macarıstan5.27U23 Dünya Çempionatı Rumıniya3.

SıraİlYarışEv sahibiNəticə282019Vəhbi Əmrə Turniri Türkiyə6.29Macarıstan Qran-Prisi Macarıstan10.30Avropa Çempionatı Rumıniya2.31Avropa Oyunları Belarus2.32Dünya Çempionatı Qazaxıstan18.332020Fransa Qran-Prisi Fransa5.34Avropa Çempionatı İtaliya3.352021Fransa Qran-Prisi Fransa1.36Avropa Olimpiya Təsnifat Turniri Macarıstan1.37Poland Open Polşa3.38Olimpiya Oyunları Yaponiya12.39Dünya Çempionatı Norveç25.402022Vəhbi Əmrə Turniri Türkiyə1.41Avropa Çempionatı Macarıstan3.42M. Pellison Turniri İtaliya1.432023Zagreb Open Xorvatiya17.44Avropa Çempionatı Xorvatiya5.

İstinadlar

Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2019 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2019 Avropa Oyunlarında gümüş medal qazananlar Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Avropa Oyunlarının gümüş medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar