Çöpədərə — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Tarixi Çöpədərə kəndi dağətəyi ərazidədir. Çəpədərə variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Çəpədərə kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınmışdır. Tədqiqatçılara görə, toponim çəp (türk dillərində "xırda daşlı və qumlu, bitkisiz dağ yamacı") və dərə (mənfi relyef forması) sözlərindən düzəlib, "xırda daşlı, qumlu, bitkisiz dərə" deməkdir.

İstinadlar

Kateqoriya:Zəngilan rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri