thumb|300px|ONT-ləri PON şəbəkəsinə bağlamaq üçün istifadə olunan SC APC fiber optik kabeli Passiv optik şəbəkə (; PON) — son müştərilərə genişzolaqlı şəbəkəyə çıxışı təmin edən fiber-optik telekommunikasiya texnologiyası. Onun arxitekturası, buraxılış zolağının enini son nöqtələr arasında bölmək üçün enerjisiz (passiv) fiber-optik ayırıcılardan istifadə edərək bir optik lifin son nöqtələrə xidmət etdiyi nöqtədən-nöqtəyə topologiyasını həyata keçirir. Passiv optik şəbəkələr çox vaxt İnternet xidmət provayderi (ISP) və onun müştəriləri arasında son mil adlanır. Əksər fiber ISP-lər bu texnologiyaya üstünlük verir. Komponentlər və xüsusiyyətlər
Passiv optik şəbəkə xidmət provayderinin mərkəzi ofisindəki OLT-dən, passiv optik ayırıcılardan və son istifadəçilərə yaxın olan bir sıra ONU və ya ONT-lərdən ibarətdir. PON nöqtədən nöqtəyə arxitektura ilə müqayisədə tələb olunan fiber və mərkəzi ofis avadanlığının miqdarını azaldır. Passiv optik şəbəkə fiber-optik giriş şəbəkəsinin bir formasıdır.
Əksər hallarda aşağı axın siqnalları çoxlu fiberləri paylaşan bütün binalara yayımlanır. Şifrləmə dinləmənin qarşısını ala bilər. Yuxarı axın siqnalları çoxlu giriş protokolundan (adətən TDMA) istifadə etməklə birləşdirilir. Həmçinin bax 10G-PON BGP Genişzolaqlı internetə çıxış Fiber to the x G.984 IPACT NG-PON2 İstinadlar
Əlavə ədəbiyyat
GPON vs GEPON Comprehensive Comparison Lam, Cedric F., (2007) "Passive Optical Networks: Principles and Practice. San Diego, California.: Elsevier. Kramer, Glen, Ethernet Passive Optical Networks'', McGraw-Hill Communications Engineering, 2005. Monnard, R., Zirngibl, M.m Doerr, C.R., Joyner, C.H. & Stulz, L.W. (1997).Demonstration of a 12 155 Mb/s WDM PON Under Outside Plant Temperature Conditions. IEEE Photonics Technology Letters. 9(12), 1655–1657. Blake, Victor R. Chasing Verizon FiOS, Communications Technology, August 2008 McGarry, M., Reisslein, M., Maier M. (2006). WDM Ethernet Passive Optical Networks . IEEE Optical Communications. (February 2006), S18-S25.
Xarici keçidlər
How Fiber-to-the-home Broadband Works, including an explanation of Active Optical Networks (AON), at Howstuffworks.com.
Kateqoriya:Fiber-optik kommunikasiya Kateqoriya:Şəbəkə arxitekturası Kateqoriya:Broadband Kateqoriya:Kompüter şəbəkəsi texnologiyası