Şamlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.

Yerli əhalinin məlumatına əsasən kəndin əsası XIX əsrdə Şamı, Tağı və Nağı adlı qardaşlar qoymuşlar. Böyük qardaş Şamının adı ilə Şamlı adlandırılmışdır. Əslində topononim Qızılbaşların şamlı qəbiləsi ilə bağlıdır. Şamlı Teymurun 1402-ci ildə türk Bəyazid üzərində qəbələsindən sonra Suriyadan (Şamdan) apardığı bəydili ailəsi ilə əlaqədardır. Həmin ailəni Teymur Səfəvi şeyxi Xacə Əliyə vermiş, oda onları Azərbaycanın cənubundə yerləşdirmişdir. Səfəvilərin hakimiyyəti uğrunda mübarizədə şamlılar iştirak etmişdir. Səfəvi şahları bu tayfaya Azərbaycanda yerlər bağışlamışdır.Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti II cild, Bakı “Şərq-Qərb”, 2007, 304 s.  

1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.

Tarixi Əsasını Şamlı tayfaları qoymuşdur.

Əhalisi Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət olmuşdur .

İstinadlar

Xarici keçidlər Youtube-da bax :Bir kəndin nağılı. Şamlı (film)

Kateqoriya:Zəngilan rayonunun kəndləri