34A əməliyyatı — casus qrupunun daxil edilməsi, hava kəşfiyyatı və dəniz təxribat əməliyyatları missiyalarından ibarət Vyetnam Demokratik Respublikasına qarşı ABŞ-nin yüksək məxfi fəaliyyət proqramı idi.

Zəmin 1954-cü il Cenevrə Konfransından sonra Hərbi Hava Qüvvələrinin polkovniki Edvard Lansdeyl Şimali Vyetnama qarşı bir sıra gizli əməliyyatlara başlatması üçün Mərkəzi Kəşfiyyat İdarəsinin o vaxtkı direktoru Allen Dalles tərəfindən Strateji Xidmətlər Bölməsinin (MKİ-nin nəzdində) direktor müavini vəzifəsinə təyin edilmişdir. Bu əməliyyatlar Cənubi Vyetnamdan cəlb olunmuş komandolar tərəfindən həyata keçirilən reydlərdən və MKİ tərəfindən cəlb edilmiş casusların əraziyə daxil edilməsindən ibarət idi.

1963-cü ilin iyulunda Müdafiə Departamenti və MKİ əməliyyata nəzarəti Müdafiə Departamentinə verilməsini təsdiqləmişdir. 1 yanvar 1964-cü ildə Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu əməliyyatın komandanlığını öz üzərinə götürmüşdü.

İstinadlar

Xarici keçidlər http://www.usni.org/navalhistory/Articles99/NHandrade.htm http://www.historyplace.com/unitedstates/vietnam/index-1961.html http://www.nrk.no/programmer/tv/brennpunkt/1.908491 Arild Aspøy (director):We who support America

Kateqoriya:Vyetnam müharibəsinin kampaniyaları Kateqoriya:1961-ci ildə Vyetnam Kateqoriya:1962-ci ildə Vyetnam Kateqoriya:1963-cü ildə Vyetnam Kateqoriya:1964-cü ildə Vyetnam Kateqoriya:1961-ci ildəki münaqişələr Kateqoriya:1962-ci ildəki münaqişələr Kateqoriya:1963-cü ildəki münaqişələr Kateqoriya:1964-cü ildəki münaqişələr