Orta Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.
Orta Yeməzli yaşayış məntəqəsi vaxtilə Ağdam rayonunun Ətyeməzli (əsli Atyeməzli) kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sonralar oykonimin tərkibindəki ət (at) komponenti düşmüşdür. Həmin kənddən bir qədər yuxarıda Yuxarı Yeməzli, kəndə məxsus qışlaq yerində isə Aşağı Yeməzli kəndləri yarandıqdan sonra kənd Orta Yeməzli adlandırılmışdır.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri