Bu səhifədə Azərbaycanda xarici ölkələrin və şəhərlərin şərəfinə adlandırılmış yerlərin siyahısı verilmişdir.
Siyahı
Şəhərlərə görə AdŞəkilYerləşməsiAdın götürüldüyü şəhərQeydlər Bursa küçəsi Gəncə Bursa, 1990-cı ildə Gəncə və Bursa şəhərləri qardaşlamışdır. Küçə iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır. Çerkası küçəsi Sumqayıt Çerkası, 1972-ci ildə Sumqayıt və Çerkası şəhərləri qardaşlamışdır. Küçə iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır. Eyni zamanda Çerkassıda Sumqayıt küçəsi yerləşir. Dakar meydanı 140px Nizami rayonu, Bakı Dakar, 1967-ci ildə Bakı və Dakar şəhərləri qardaşlaşmışdır. Meydan iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır."Neftçilər dairəsi"nin əsl adı nədir? — VİDEOREPORTAJ . report.az, 05.06.2018 Eyni zamanda Dakarda Bakı meydanı yerləşir. Ərdəbil küçəsi Nərimanov rayonu, Bakı Ərdəbil, Ərdəbil Azərbaycanın qədim şəhərlərindən biri hesab olunur. Gəncə Quba rayonu Cəlilabad rayonu Həştərxan küçəsi Nərimanov rayonu, Bakı Həştərxan, Nərimanov rayonu ilə Həştərxan şəhəri qardaşlaşmışdırlar. Küçəyə bu ad onlar arasındakı bu münasibətlərin şərəfinə 2018-ci ildə verilmişdir. İstanbul küçəsi Gəncə İstanbul, İzmir küçəsi və parkı 140px Yasamal rayonu, Bakı İzmir, 29 aprel 1986-cı ildə Bakı və İzmir şəhərləri qardaşlaşmışdır. 1986–1987-ci illərdə hər iki şəhərdə bu münasibətlə müxtəlif mədəni tədbirlər keçirilmişdir. Küçə və park iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır. Qalubiyyə küçəsi Xırdalan, Abşeron rayonu Qalubiyyə, 2008-ci ildə Xırdalan və Qalubiyyə şəhərləri qardaşlaşmışdır. Küçə iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır. Eyni zamanda Qalubiyyədə Abşeron küçəsi yerləşir.. Lüdviqshafen parkı 140px Sumqayıt Lüdviqshafen, 1977-ci ildə Sumqayıt və Lüdviqshafen şəhərləri qardaşlaşmışdır. Park iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır. Eyni zamanda Lüdviqshafen Sumqayıt parkı yerləşir. Moskva prospekti Nəsimi rayonu, Bakı Moskva, 2004-cü ildən bu adı daşıyır. Neapol küçəsi Xətai rayonu, Bakı Neapol, 1962-ci ildə Bakı və Neapol şəhərləri qardaşlaşmışdır. Dairə iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır. Eyni zamanda Neapolda Bakı küçəsi yerləşir. Rotterdam küçəsi Sahil qəsəbəsi, Qaradağ rayonu, Bakı Rotterdam, Küçəyə bu ad 21 noyabr 2013-cü ildə verilmiş, mərasimdə Rotterdam şəhərinin meri iştirak etmişdir. Eyni zamanda Rotterdam Bakı küçəsi yerləşir. Rustavi küçəsi Sumqayıt Rustavi, Sumqayıt və Rustavi şəhərləri arasında əlaqələr 1950–1960-cı illərdə yaranmış, metallurgiya müəssisələri işçilərinin qarşılıqlı səfərləri baş tutmuşdur. 2007-ci ildə iki şəhər qardaşlaşmışdır. Küçə iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır. Eyni zamanda Rustavidə Sumqayıt metallurqları küçəsi yerləşir. Sarayevo küçəsi 140px Xətai rayonu, Bakı Sarayevo, 1975-ci ildə Bakı və Sarayevo şəhərləri qardaşlaşmışdır. Küçə iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır. Şanxay qəsəbəsi Nizami rayonu, Bakı Şanxay, Yerli sakinlərdən biri olmuş Hacı Salman Çinin Şanxay şəhərinə səfər edib. Qəsəbəyə geri qayıdanda burada yaşayan sakinlər ondan səfər etdiyi yerlərin necə olduğunu soruşublar. Hacı Salman isə onlara "Ora məhəlləmizdən heç də fərqlənmir. Orada da qatarlar evlərin yanından keçir, burada da" cavabını verib. Bu səbəbdən sakinlər yaşadıqları məhəlləyə "Şanxay" adını veriblər. Tbilisi prospekti 140px Nəsimi rayonu, Bakı Tbilisi, Tehran küçəsi Şabran rayonu Tehran, Təbriz küçəsi Nərimanov rayonu, Bakı Təbriz, Təbriz Azərbaycanın qədim şəhərlərindən biri hesab olunur. Küçəyə bu ad 4 fevral 1991-ci ildə verilmişdir. Şuşa Vunqtau küçəsi Xətai rayonu, Bakı Vunqtau, Neft sənayesinə görə tanınan iki şəhər olan Bakı və Vunqtau şəhərləri 1980-ci illərdə qardaşlaşmış, iki şəhər arasında tələbə mübadiləsi baş vermişdir. Küçə iki şəhər arasındakı bu münasibətlərin şərəfinə adlandırılmışdır. Eyni zamanda Vunqtauda "Bakı" mehmanxanası yerləşir.
Ölkələrə görə AdŞəkilYerləşməsiAdın götürüldüyü ölkəQeydlər Özbəkistan küçəsi Nizami rayonu, Bakı Ukrayna dairəsi 100px Xətai rayonu, Bakı
İstinadlar
Kateqoriya:Azərbaycan küçələri Kateqoriya:Şəhərlərin adını daşıyan küçələr