Əlikösə — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd.

Tarixi Kəndin adı 1901-ci il qeydlərində Əlikosa kimi qeyd olunur. Ermənilər 13 avqust 1919-cu ildə kəndin kişilərini ayıraraq əksəriyyətini qətlə yetirmişdilər. Noyabrın 11-dən 12-nə keçən gecə XI Diviziya komandanlığı ermənilərə qarşı hücuma keçmiş və Türkiyə bayrağı İğdır bələdiyyəsinin binasına sancılmışdır. Bu hadisələrdən sonra 14 noyabrda ermənilər XV korpus komandiri Kazım Qarabəkir paşanın komandanlığı ilə Türkiyə ordusu tərəfindən Araz çayının şimalına doğru dəf edilmişdir. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafının Türkiyə ərazisi olduğu təsdiqlənmişdir.Sürmeli, sf. 75

Coğrafiyası Kənd İğdır şəhər mərkəzinə 62 km, Duzluca şəhər mərkəzindən 26 km məsafədədir.

İstinadlar

Kateqoriya:Duzluca ilçəsinin bəldə və kəndləri Kateqoriya:Infobox mapframe without OSM relation ID on Wikidata