Böyüktala — Azərbaycan Respublikasının Balakən rayonunun Hənifə kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Alazan-Əyriçay çökəkliyindədir. Böyük Tala adlı sahədə salındığına görə kənd həmin yerin adı ilə adlandırılmışdır. Tala "meşədə ağacsız yer, açıqlıq" deməkdir. Talanın sahəsinin böyüklüyü oykonimdə əks olunmuşdurAzərbaycan toponimlərinin ensiklopedik lüğəti. 2 cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 156. .

İnfrastruktur 2013-cü ilin oktyabr ayının 8-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.Balakən rayonunun 3 kəndinə ilk dəfə olaraq təbii qaz verilib. trend.az, 08.10.2013

İstinadlar

Kateqoriya:Balakən rayonunun kəndləri