Yevgeni Alekseyeviç Nabokix (; təxəllüsü: Jenya, ; ) — Rusiya hərbçisi, polkovnik-leytenant, SSRİ–Əfqanıstan müharibəsinin iştirakçısı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri olub.

Həyatı Yevgeni Alekseyeviç Nabokix 20 sentyabr 1952-ci ildə SSRİ-nin Kursk şəhərində anadan olmuşdur. O, etnik rus idi. SSRİ–Əfqanıstan müharibəsində kəşfiyyatçı kimi iştirak etmişdir. 1985-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayına taqım komandiri vəzifəsinə göndərilmişdir. Burada erməni qadınla evlənmişdir. Qarabağ hərəkatının ilk günlərində Nabokix qeyri-rəsmi olaraq erməni tərəfini dəstəkləməyə başlamışdır. O, Qarabağı "xristian dünyasının darvazası" hesab edirdi. Kəşfiyyatda xidmət edirdi. Tezliklə batalyon komandiri olmuşdur. Nabokix erməni döyüşçülərini silah və hərbi təlimlərlə təmin edirdi. O, Xocalı soyqırımında iştirak edən hərbi qüvvələrə rəhbərlik etmişdir. 366-cı motoatıcı alayı Azərbaycandan çıxaranda Nabokix burada qalmışdır. Ailəsi ilə birlikdə Xankəndidə yaşayırdı. Ağdərənin işğalından sonra ailəsi ilə birlikdə Kursk şəhərinə qayıtmışdır. 6 aprel 2020-ci ildə vəfat etmişdir. 8 apreldə Kursk şəhərində dəfn edilmişdir.

İstinadlar

Kateqoriya:Rusiya hərbçiləri Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:366-cı motoatıcı alay Kateqoriya:Xocalı soyqırımını törədənlər Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları