Mən burdayam, İlahi! — Tammetrajlı bədii müharibə filmi. Rejissor Qulu Əsgərov tərəfindən 2023-ci ildə ekranlaşdırılmışdır. Film Vətən müharibəsi mövzusunda çəkilib.

Məzmun Müharibədə yaralanan qazinin (Rasim Cəfərov) Üç aylıq komadan ayılır anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. Daha sonra həyatını qaydasına salmağa çalışır ki, övladına sahib çıxa bilsin. Öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib.

Film haqqında Filmin ilk premyerası 27 sentyabr 2023 Alov qüllələrində yerləşən “Park Cinema” kinoteatrlar şəbəkəsində baş tutub. Filmin ikinci premyerası 9 Noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda yeni yaradılmış kinoteatr binasında baş tutub.

Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi : Nicat Dadaşov Quruluşçu rejissor : Qulu Əsgərov Prodüser : Nicat Dadaşov, Həsən Axundov Quruluşçu operator : Vasif Vəlizadə Quruluşçu rəssam : Ziya Doluxanov Bəstəkar : Rasim Məmmədov Səs mexaniki : Sergey Mutverinko Rejissorlar : Orxan Cahangir Səs rejissoru : Rasim Mehdizadə Montaj : Vüsal Rüstəmov Geyim üzrə rəssam : Anna Jironkina Qrim üzrə rəssam : İlkanə Müşviqqızı Fokus puller : Ruhin Mirzoyev Dekor rəssamı : Valeh Davudov İşıq ustası : Rufiz Paşayev Xətt prodüseri : Şafiq Xammədov

Rollarda Rasim Cəfərov – Teymur Osmanov Günay Həsən— Sevinc Aygün Əlipənahova – Sara Leyli Vəliyeva – Leyla Ayşad Məmmədov – Vaqif Nəsibə Eldarova – Nigar Ana Günəş Bağırov - Tərbiyəçi Oktay Mehdiyev – Həkim

Xarici keçidlər Vətən müharibəsi haqda film çəkilir - “Mən burdayam, İlahi!” "Mən burdayam, ilahi": Müharibə adamının filmi “Mən burdayam, İlahi...” Şəhid və qazilərimizə ithaf olunan “Mən burdayam, İlahi!” adlı tammetrajlı filmin nümayişi keçirilib - Park Cinemada “Mən burdayam, İlahi!” tammetrajlı bədii filminin premyerası oldu

Kateqoriya:2023-cü ilin Azərbaycan filmləri Kateqoriya:Müharibə filmləri