Art pank (bədii pank) qaraj rokundan əmələ gələn və həmyaşıdı pank rokun alt janrı olmaqla, ondan daha mürəkkəb mahnı quruluşuna sahib musiqi janrıdır. Bu janrda ifa edən qruplar pankın sadə, sərt və azad ruhlu estetikasını qoruyur, lakin pab rokunun pərəstişkarları olan qəzəbli, işçi sinfindən başqa tamaşaçılara da çata bilib.
Yaranma Tarixi 1970-ci illərin rok musiqisində "incəsənət və bədii" sözlərinin anlamı daha çox ya "aqressiv avanqard" və ya "iddialı proqressiv" mənasında başa düşülürdü. Musiqişünaslar Saymon Frit və Hovard Horne 1970-ci illərin pank qruplarının menecerlərini "art pank hərəkatının ən bəlağətli nəzəriyyəçiləri" kimi təsvir edirlər, misal üçün Bob Lastın "Fast Product" şirkəti marketinqdə incəsənət nəzəriyyəsini ilk tətbiq edənlərdən biri oldu və Toni Uilsonun "Factory Records" səsyazma şirkəti "bütün istehsal etdikləri mallara "eyni görünüşlü" Bauhaus prinsipini tətbiq edən" kimi təsvir edilmişdir.Frith, Simon & Horne, Howard (1987) Art into Pop, Methuen, , p. 129–130 "Wire" qrupunun gitaristi Kolin Nyuman 2006-cı ildə art pankı "bütün nəslin seçdiyi dərman" kimi təsvir etdi.Newman, Colin (2006) "Wire: the art-punk band's journey and legacy", The Independent, 17 February 2006 Kateqoriya:Britaniya musiqi üslubları Kateqoriya:XX əsr musiqi janrları