Dünya Minifutbol Federasiyası ( WMF ) minifutbol üzrə səlahiyyətli qlobal təşkilatçı orqandır. WMF-nin fəaliyyəti minifutbolun populyarlığını təşviq etmək, onun inkişafına nəzarət etmək və yarışların keçirilmə formatını istiqamətləndirməkdən ibarətdir. Onun üzvləri dünya üzrə milli minifutbol komandaları və qitə minifutbol federasiyalarıdır.

Tarix Minifutbol liqaları və digər tədbirlər WMF və onun qitə təmsilçilikləri, milli və ya yerli filialları tərəfindən təşkil olunur. Yerli liqaların ən yaxşı komandaları ölkə çempionatlarına yüksəlir. İki və yaxud dörd ildən bir keçirilən Dünya Kuboku ilə yanaşı WMF digər tədbirlərlərə, Qitə Kuboku (hər federasiyanın ən yaxşı beş ölkəsi), U23 Dünya Kuboku, qadınlar arasında Dünya Kuboku və Çempionlar Kubokuna (hər federasiyanın ən yaxşı klubları) təşkilatçılıq edir.

2013-cü ilin noyabrında WMF Dünya Kubokunun ABŞ- da keçiriləcəyi elan etdi. ABŞ 2015-ci ilin Finalında Meksikanı 5-3 hesabı ilə məğlub etdi.

WMF Dünya Kubokunun ikinci buraxılışı 2017-ci ilin oktyabrında Tunisdə keçirildi

Qitə federasiyaları

Afrika Minifutbol Federasiyası (AMF) Asiya Mini Futbol Konfederasiyası (AMC) Avropa Minifutbol Federasiyası (EMF) Okeaniya Minifutbol Federasiyası (OMF) Panamerikan Minifutbol Federasiyası (PAMF)

Yarışlar

WMF Dünya Kuboku WMF Dünya Kuboku U21 WMF Qadınlararası Dünya Kuboku WMF Kontinental Kuboku EMF EURO (Minifutbol üzrə Avropa Çempionatı) EMF Çempionlar Liqası (Avropa Minifutbol Klubları Çempionatı) Minifutbol üzrə Afrika Kuboku Afrika Minifutbol Çempionlar Liqası

İstinadlar

Kateqoriya:Minifutbol təşkilatları Kateqoriya:Beynəlxalq idman təşkilatları Kateqoriya:2013-cü ildə yaradılmış idman təşkilatları