İkinci Cabanı (əvvəlki adları: Cabanı; Nikolayevsk; Dzerjinovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun İkinci Cabanı kənd inzibati ərazi dairəsində kənd. Kənd Sabir bələdiyyəsinə aiddir.
Toponimikası Kəndin keçmiş adı əvvəlcə Cabanı olmuşdu, adını Cabanı yaylasının yamacında yerləşdiyinə görə almışdı. XIX əsrdə, 1830-cu illərdə burada Çar Rusiyasından gəlmə rus ailələri məskunlaşmış, rəsmən Nikolayevsk adlandırılsa da, yerli əhali arasında Rus Cabanısı kimi tanınmışdır. Sovet vaxtı dövlət və partiya xadimi F.E.Dzerjinskinin (1877–1926) şərəfinə kənd Dzerjinovka adlandırılmışdı.
Kəndin adı 5 oktyabr 1999-cu ildən dəyişdirilərək İkinci Cabanı adlandırılmış, beləliklə də qədim Cabanı adı geri qaytarılmışdır. Kəndin hazırkı adının əvvəlindəki "İkinci" hissəsi fərqləndirici komponentdir (Şamaxı rayonunun eyni adı daşıyan Cabanı kəndi ilə səhv salınmaması üçün).
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Tarixi 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şamaxı rayonunun Dzerjinovka kənd inzibati ərazi vahidi tərkibindəki Dzerjinovka kəndi İkinci Çabanı kəndi, Dzerjinovka kənd inzibati ərazi vahidi İkinci Çabanı kənd inzibati ərazi vahidi adlandırılmışdır.
Əhalisi Kəndi əhalisinin əksəriyyətini etnik azərbaycanlılar, Axısqa türkləri və ruslar təşkil edir. Kənd əhalisi 479 nəfərdir ki, onun da 243 nəfəri kişi, 236 nəfəri isə qadınlar təşkil edir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şamaxı rayonunun kəndləri