Fort-Corc () — indiki Nyu-York ştatında mövcud olmuş beş qalanın adı.Gottlock, Wesley and Barbara (2011) Lost Amusement Parks of the Hudson Valley. Blurb Publishing. p. 137-164.Gottlock, Wesley and Barbara (2013) Lost Amusement Parks of New York City. History Press. p. 17-32.

Tarixi İlk Fort-Corc 1626-cı ildə Niderlandın Yeni Amsterdam koloniyasında tikilmiş və Fort-Amsterdam adlandırılmışdır. Britaniya ordusu 1664-cü ildə onun adını Fort-Ceyms adlandırmışdır. 1673-cü ildən 1674-cü ilə qədər qısa müddətə Hollandiyalılar tərəfindən Fort-Villem Hendrik kimi yenidən tutulmuşdur. Britaniyalılar onu 1691-ci ildə Fort-Vilyam Henri, 1703-cü ildə Fort-Enn və ya Kraliça qalası, nəhayət 1714-cü ildə Fort-Corc adlandırmışdılar. Şimal tərəfindəki qalalar 1776-cı ildə ABŞ İstiqlal müharibəsində amerikalılar tərəfindən dağıdıldı və nəhayət 1790-cı ildə sökülmüşdür.

İkinci Fort-Corc 1755-ci ildə Nyu-Yorkun Osveqo şəhərində britaniyalılar tərəfindən tikilmiş, lakin 1756-cı ildə Fransa komandiri Lui-Jozef de Monkalm tərəfindən dağıdılmışdır. Üçüncü Fort-Corc 1755-ci ildə Nyu-Yorkun Leyk-Corc gölündə inşa edilmişdir. 1777-ci ildə dağıdılmış və 1780-ci ildə tərk edilmişdir. Dördüncü Fort-Corc 1777-ci ildə Staten-Aylenddə, Fort-Hill ərazisində tikilmiş düşərgə idi.

Sonuncu Fort-Corc 1776-cı ildə Nyu-Yorkda Fort-Corc-Hilldə inşa edilmişdir. Qısaca Fort-Klinton və nəhayət Fort-Corc adlandırılmışdır.Hughes, C. J. (April 19, 2017) "Living In: Fort George, Manhattan: Nosebleed Heights and Down-to-Earth Prices" The New York Times

İstinadlar

Kateqoriya:Nyu-York ştatı tikililəri