Musa Hümbətov () — azərbaycanlı hüquqşünas, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəis müavini (2017–2022).
Həyatı Hümbətov Musa Hümbət oğlu 29 iyun 1957-ci ildə Ağsu rayonunda anadan olmuşdur. Sabiq SSRİ Silahlı Qüvvələri sırasında həqiqi hərbi qulluq keçdikdən sonra xidmət etdiyi hərbi hissənin göndərişi əsasında 1978-ci ilin mart ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İslah-əmək müəssisələri idarəsinin 1 saylı istintaq təcridxanasında nəzarətçi vəzifəsinə qəbul edilmişdir. O, 1980–1984-cü illərdə sabiq SSRİ-nin Daxili işlər nazirliyinin Ryazan ali məktəbində təhsil almışdır. Həmin ali təhsil müəssisənin hüquq fakültəsini fərqlənmə ilə bitirərək, hüquqşünas ixtisasına yiyələnmışdir.
Əmək fəaliyyəti Musa Hümbətov 1984-cü ilin sentyabr ayında Azərbaycanın Daxili İşlər Nazirliyinin İslah-əmək müəssisələri idarəsi aparatında əməliyyat müvəkkili vəzifəsinə təyinat almış, ona ilk zabit rütbəsi verilmişdir. Qısa müddətdən sonra o həmin idarənin bölmə və şöbə rəisi vəzifələrinə irəli çəkilmişdir. 1993-cü ildən Musa Hümbətov Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin qərargah rəisi, 2008-ci ildən isə, Penitensiar Xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi vəzifələrində çalışmışdır. 2017-ci ilin dekabr ayında Musa Hümbətov Azərbaycan Respublikası Prezidentinin həmin ilin 10 fevral tarixli Sərəncamı ilə ölkədə yeni yaradılmış Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəis müavini vəzifəsinə təyin olunmuş, 2022-ci ilin iyul ayında həmin vəzifədən yaş həddi ilə əlaqədar baş ədliyyə müşaviri rütbəsində pensiyaya çıxmışdır. Xidmətdə fərqləndiyinə görə M.Hümbətov dövlət təltiflərinə layiq görulmuşdur. O, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, 2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilmişdir. M. Hümbətov 2008-ci ildə Ədliyyə nazirinin əmri ilə “Fəxri ədliyyə işçisi” döş nişanı ilə təltif olunmuşdur.
Pedaqoji fəaliyyəti Musa Hümbətov 2000–2015-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi kimi magistr pilləsində təhsil alan tələbələrə "Cəza-icra hüququnun nəzəri problemləri" fənnini tədris etmişdir. Eyni zamanda, o uzun müddət Ədliyyə Akademiyasında da pedoqoji fəaliyyətlə məşgul olmuş, cinayət cəzaları, onların icrası ilə bağlı hüquq sahələrində elmi tədqiqatlar aparmışdır.
Elmi fəaliyyəti 1996–2026-ci illər ərzində M.Hümbətov cinayət və cəza-icra hüquq sahələri ilə əlaqədar Azərbaycanda, digər ölkələrdə işıq üzü görmüş 15 kitab, dərslik, şərhin və monoqrafiyanın, müxtəlif ölkələrin elmi jurnalarında, beynəlxalq tədbirlərin (konfrans, forum və s.) toplularında dərc edilmiş 50-dən çox elmi məqalənin müəllifi və həmmüəllifi olmuşdur. Eyni zamanda, o, ölkədə müasir cəza-icra qanunvericiliyinin formalaşmasında və onun təkmilləşdirilməsində, müvafiq normativ hüquqi aktların hazırlanması işində fəal iştirak etmiş, cəzaların icrası ilə əlaqədar çoxsaylı beynəlxalq tədbirlərdə ölkəsini layiqincə təmsil etmişdir. 2013-cü ildə ona Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəetmə Akademiyasinin Elmi Şurasının qərarına əsasən həmin Akademiyanın "Fəxri professoru" adı verilmişdir. Tanınmış, fəaliyyətində yüksək nailiyyətlər əldə etmiş bir qrup məzunlar sırasında M.Hümbətovunda həyat və faəliyyəti barədə məlumat, habelə şəkiliqeyd olunan Akademiyanın 90 illiyinə həsr edilmiş və 2024-cü ildə dərc olunmuş yubiley kitabına daxil edilmişdir.
Əsərləri
Kitabları 1. M. H. Hümbətov. Cəza-icra hüququ (Xülasə). Dərs vəsaiti. "Hüquq ədəbiyyatı" nəşriyyatı, Bakı, səh.
2. M.H. Hümbətov. Məhkumun yaddas kitabçası. “Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı, 2001. 95 s. 3. M.H. Hümbətov. Məhkumun məlumat kitabı. “Nagıl evi” nəşriyyatı, Bakı, 2003. 290 s. 4. C.M. Quliyev, Ə.İ. Əliyev, N.İ. Mustafayev, M.H. Hümbətov. Cəza-icra hüququ. Şərhlər və sxemlər. Dərs vəsaiti. “Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı, 2004. 204 s. 5. C.M. Quliyev, Ə.İ. Əliyev, N.İ. Mustafayev, M.H. Hümbətov. Cəza-icra hüququ (Xülasə). Dərs vəsaiti. “Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı, 2007. 360 s. 6. M.H. Hümbətov, N.İ. Mustafayev. Azərbaycan Respublikasında məhkumların hüquqi vəziyyəti. “Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı, 2010. 87 s. 7. C.M. Quliyev, M.H. Hümbətov, N.İ. Mustafayev. Azərbaycan Respublikasının Cəza-icra hüququ (anlayışlar, qısa şərhlər və sxemlər). “Hüquq ədəbiyyatı” nəşriyyatı. Bakı, 2012. 376 s. 8. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin elmi-praktiki kommentariyası (digər müəlliflərlə birlikdə). “Ədliyyə nəşriyyat evi”. Bakı, 2012. 664 s. 9. C.M. Quliyev, M.H. Hümbətov, N.İ. Mustafayev. Azərbaycan Respublikasının Cəza-icra hüququ (qısa kurs-sxemlərlə). “Hüquq ədəbiyyatı” nəşriyyatı. Bakı, 2016. 431 s. 10. И.А. Давыдова, И.Н. Коробова, М.Г. Гумбатов. Сравнительный анализ правового регулирования контроля за учреждениями и органами, исполняющими наказания в России и Азербайджанской Республике: учебное пособие.Рязань, «Альтернатива-Р», 2017. 101 с. 11. Коллизии законодательства России и ряда стран (краткий научный комментарий). Монография. / Под общей редакцией А.А. Крымова, А.П. Скибы. Третье издание. «Издательство ЮНИТИ-ДАНА», Москва, 2018. 407 с. 12. M.H. Hümbətov. Cinayət cəzaları, onların icrası və problemləri. “Hüquq Yayın Evi”, Bakı, 2021. 336 s. 13. C.M. Quliyev, M.H. Hümbətov, N.İ. Mustafayev Azərbaycan Respublikasının cəza-icra hüququ. Dərs vəsaiti. “Hüquq Yayın Evi”, Bakı, 2022. 575 s. 14. Уголовно-исполнительное право Российской Федерации и Азербайджанской Республики. Общая часть. Учебник для бакалавриата и специалитета. / Под ред. А.П. Скибы и М.Г. Гумбатова. – Рязань: Академия ФСИН России, 2023. 343 с. 15. M.H. Hümbətov. Cinayət cəzaları, onların icrası, problemləri və həlli yolları. PrintAz, Bakı, 2026, 640 s
Hümbətov Musa Hümbət oğlunun 1996 – 2026-cı illərdə dərc olunmuş elmi məqalələri: Hümbətov Musa Hümbət oğlunun 1996 – 2023-cü illərdə dərc olunmuş elmi məqalələri:
1. "Müasir dövrdə məhkumların sosial adaptasiyasının bəzi problemləri" (1996-cı il, Bakı,"Qanunçuluq" jurnalı, № 8, Səh. 3–10).
2. "Yeni İslah-Əmək(Cəza-icra) Məcəlləsi haqqında" (1996-cı il, Bakı,"Qanunçuluq" jurnalı, № 8, Səh. 22–28).
3. "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanı daha yüngul cəza ilə əvəz etmənin bəzi problemləri" (1997-ci il, Bakı,"Qanunçuluq" jurnalı, № 1–2, Səh. 62–65).
4. "Humanizmin yeni nümunəsi" (1997-ci il, Bakı,"Qanunçuluq" jurnalı, № 3, Səh. 20–25).
5. "Beynəlxalq penitensiar əməkdaşlıq" (1998-ci il, Bakı,"Beynəlxalq hüquq" jurnalı, № 2, Səh. 32–37).
6. "Azərbaycan Pespublkasında ömürlük azadlıqdan məhrum etmə cəzası və onun icrasının bəzi problemləri" (1999-cu il, Bakı,"Qanunçuluq" jurnalı, № 3, Səh.13–18).
7. "Azərbaycan Pespublkasında azadlıqdan məhrum etmə cəzasının müddəti və onun bəzi problemləri" (1999-cu il, Bakı,"Hüquqi dövlət və qanun" jurnalı № 5, Səh.36–38).
8. "Azərbaycan Pespublkasında məhkumlara islah-əmək təsiri ilə bağlı olmayan cinayət cəzalarının icrasının bəzi problemləri" (1999-cu il. Bakı, "Qanun" jurnalı, № 5–6, Səh. 56–61).
9. "Tərbiyə-əmək profilaktoriyasına göndərmə növündə cəzanın icrası və onun gələcək perspektivləri" (1999-cu il, Bakı,"Qanunçuluq" jurnalı, № 5, Səh. 7–10).
10. "Cəzaların İcrası Məcəlləsinin yeni layihəsi haqqında" (2000-ci il, Bakı, "Cəmiyyət və cəza" jurnalı, № 1, Səh. 22–25).
11. "Проблемы исполнения наказания в виде лишения свободы в Азербайджанской Республике" (2004 г., Германия, Бохум "Преступность и уголовное политика в Европе" (Уголовное право и преступность. Развитие в Средней и Восточной Европе) Университетское издательство: доктор Н. Брокмайер Том 1, C. 249–260).
12. "Перспективы развития уголовно-исполнительного законодатель-ства Азербайджанкой Республики" (2007 г. Россия, Рязань "10 лет Уголовно-исполнительному кодексу Российской Федерации". Сборник материалов Международной научно-практической конференции. 22–23 ноября 2007 г. Академия ФСИН России. Часть 1, С. 30–360.)
13. "Azadlıqdan məhrum edilmiş şəxslərin təsnifatı və onun təkmilləşdirilməsi" (2008-ci il Bakı,"Qloballaşan cəmiyyətdə hüquq elminin aktual problemləri" mövzusunda Hüquq fakültəsinin 80 illik yubiliyinə həsr olunmuş Respublika elmi konfransının materialları. Bakı Dövlət Unuversiteti, Səh. 79–81).
14. "Альтернативы лишению свободы в Азербайджанской Республикe" (2009 Россия, Рязань. "Обеспечение процесса реформирования исполнения наказаний в Российской Федерации". Сборник материалов Международной научно-практической конференции. 29–30 октября 2009 г. Академия ФСИН России, Том 1, C. 36–46).
15. "Модели исполнения наказания в виде лишения свободы" (2012 г. Россия, Рязань. "Уголовно-исполнительная система в Российской Федерации в условиях модернизации: современное состояние и перспективы развития". Сборник тезисов, докладов участников Международной научно-практической конференции. 22–23 октября 2012 г. Академия ФСИН России, Том 1, С. 116–119).
16. "Пенитенциарные комплексы — новый вид учреждений по отбыванию лишения свободы в Азербайджанской Республике" (2013 г. Россия, Рязань. Международный Пенитенциарный Форум "Преступление, наказание, исправление" Сборник материалов пленарного заседания. Том 1, С. 141–149).
17. "Закон Азербайджанской Республики "Об обеспечении прав и свобод лиц, содержащихся под стражей" — фундаментальная основа реализации презумпции невиновности" (2014 г., Россия, Рязань, Научно-публицистический альманах "Гуманитарно-пенитенциарный вестник" Академия ФСИН России, № 7, С. 80–87).
18. "Развития института условно-досрочного освобождения от отбывания наказания в законодательстве Азербайджанской Республики в 1920–2014 гг." (2014 г. Россия, Рязань "Уголовно-исполнительная система в современном обществе и перспективы ее развития". Сборник тезисов выступлений участников Международной научной конференции. Академия ФСИН России, Том 1, С.176–185).
19. "Наказание в виде принудительного выдворения за пределы Азербайджанской Республики" (2015 г. Россия, Рязань II Международный Пенитенциарный Форум "Преступление, наказание, исправление" Сборник тезисов выступлений и докладов участников. Академия ФСИН России, Том 4, С. 250–255).
20. "Пожизненное лишение свободы в Азербайджанской Республике" (2015, Россия, Рязань, Международный пенитенциарный журнал https://ipj.editorum.ru/ № 1, С. 55–58.)
21. "Наказание в виде лишения свободы в Азербайджанской Республике" (2015 г., Россия, Рязань, II Международный Пенитенциарный Форум "Преступление, наказание, исправление" Сборник тезисов выступлений и докладов участников Академия ФСИН Россия, Том 1, С.101–105).
22."Результаты реформирования пенитенциарной cистемы Азербайджанской Республики в 2000–2015 гг. и перспективы дальнейшего развития" (2016 г. Россия, Рязань. Научный журнал "Уголовно-исполнительное право", Академия ФСИН России, № 4, C. 5–7).
23. "Наказание в виде штрафа в Азербайджанской Республике" (2016 г. Россия, Рязань. "Уголовно-исполнительная политика и вопросы исполнения наказаний" Сборник материалов Международной научно-практической конференции. Академия ФСИН России, Том 1, С. 139–149).
24. "Наказание в виде исправительных работ в Азербайджанской Республике" (2017 г. Россия, Рязань. III Международный Пенитенциарный Форум "Преступление, наказание, исправление" Сборник тезисов выступлений и докладов участников. Том 1, С. 103–113).
25. "Наказание в виде общественных работ в Азербайджанской Республике" (2017 г., Россия, Рязань, Научный журнал "Человек: преступление и наказание", Академия ФСИН России, Том 25 (1–4), № 1, С. 49–54).
26. "Наказание в виде ограничения по военной службе и содержания в дисциплинарной воинской части в Азербайджанской Республике" (2017 г. Россия, Рязань, Научный журнал "Уголовно-исполнительное право", Академия ФСИН России Том 12 (1–4), № 2, С. 206–209).