Çəndahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Həftəsov kənd inzibati ərazi dairəsində kənd.

Lahıc turizm zonasında, Girdiman çayının sağ sahilində yerləşir. Əhalisi 117 nəfərdir ki onunda 54 nəfəri kişi, 63 nəfəri qadındır. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 9 km yolu piyada və ya atla getmək olar. İsmayıllı–Lahıc–Quba turist marşrutları kəndin yanından keçir. Bu kəndin bütün əhalisi Tatlardan ibarətdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri