Andrey Yevgenyeviç Lunyov () — Rusiyalı futbolçu. 13 noyabr 1991-ci ildə Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Hal-hazırda Rusiyanın "Dinamo Moskva" klubunda, həmçinin Rusiya milli futbol komandasında qapıçı mövqeyində çıxış edir.

Klub karyerası

Ufa FK 29 iyul 2015-ci ildə Andrey Lunyovun "Ufa" klubuna 1 illik müqavilə ilə qoşulacağı təsdiqləndi. O, Rusiya Premyer Liqasında ilk oyununu Ufa üçün 11 sentyabr 2016-cı ildə Krasnodar FK ilə oyunda etdi.

Zenit Sankt-Peterburq FK Lunyov 23 dekabr 2016-cı ildə "Zenit" klubuna transfer oldu və klub ilə 4.5 illik müqavilə imzalayıb.

Bayer Leverkuzen FK 10 iyul 2021-ci ildə "Bayer Leverkuzen" ilə 2 illik müqavilə imzalayıb.

Qarabağ FK 19 avqust 2023-cü ildə "Qarabağ FK"la müqavilə imzalayıb. 4 iyun 2024-cü ildə "Qarabağ" Lunyovun müqaviləsi başa çatdıqdan sonra klubu tərk etdiyini bildirib.

Dinamo Moskva FK 18 iyun 2024-cü ildə Lunyov "Dinamo Moskva" ilə 2+1 illik müqavilə bağlayıb. "Dinamo" azarkeşləri onu 2024-cü ilin iyul və avqust aylarında çıxış etdiyi oyunlara görə "ayın oyunçusu" seçmişlər.

Milli karyerası O, Rusiya milli futbol komandasının heyətində 10 oktyabr 2017-ci ildə İranla yoldaşlıq oyununda ilk oyununa çıxdı.

11 may 2018-ci ildə o, Rusiyanın 2018 FİFA Dünya Kuboku üçün genişləndirilmiş heyətinə daxil edildi. 3 iyun 2018-ci ildə o, Dünya Kubokunun yekun heyətinə daxil edildi. O, bütün oyunlarda İqor Akinfeyevdən sonra ehtiyat oyunçular skamyasında qaldı.

11 may 2021-ci ildə o, UEFA Avro 2020 üçün ilkin genişləndirilmiş 30 nəfərlik heyətə daxil edildi. O, yekun heyətə daxil edilməyib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Rusiya Federasiyası Prezidentinin fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:Rusiya milli futbol komandasının oyunçuları Kateqoriya:Zenit Sankt-Peterburq FK futbolçuları Kateqoriya:Bayer 04 FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Dinamo Moskva FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Legioner Rusiya futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya Milli Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanda legioner Rusiya idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Kişi futbol qapıçıları