thumb| Təl-Əvivdə Qəzzədə israilli girovların qaytarılmasına çağırış edən plakatlar.
2023-cü il HƏMAS–İsrail girov böhranı — Qəzzədə müharibə zamanı yaranmış girov böhranı. 7 oktyabr 2023-cü ildə, müharibənin əvvəlində təxminən 250 nəfər "Əl-Əqsa fırtınası" əməliyyatı çərçivəsində HƏMAS başçılığı altındakı Fələstin yaraqlıları tərəfindən İsrail ərazisindən girov götürülərək Qəzza zolağına aparılmışdır.
15 dekabr 2023-cü il tarixinə əsir mübadiləsi razılaşması ilə 110 girov sağ-salamat qaytarılmışdır, lakin İsrailə görə HƏMAS əsirliyində 24 nəfər öldürülmüşdür və 5 nəfərin cəsədi hərbi əməliyyatla öz ölkəsinə qayatrılmışdır. Qəzzə zolağında hal-hazırda 135 nəfər əsirlikdə qalır.
HƏMAS yaraqlıları 30 uşaq, yaşlı və hamilə qadınları oğurlamışdır. Əsirlər arasında əsgər və mülki şəxslərin dəqiq nisbəti məlum deyil. Əsirlərin Qəzzə zolağında müxtəlif yerlərdə saxlandığı ehtimal edilir. Yalnız İsrail vətəndaşlığı olan girovlarla yanaşı, girovların demək olar ki, yarısı xarici vətəndaşlardır və ya bir neçə vətəndaşlığı var.
HƏMAS İsrailin bütün fələstinli məhbusları azad etməsi müqabilində bütün girovları azad etməyi təklif etmişdir. 2023-cü ilin oktyabr ayına qədər İsrail həbsxanalarında 5,200 fələstinlini (170-i yeniyetmə olmaqla) saxlamışdır. HƏMAS bəyan etmişdir ki, məqsədi onların azad edilməsini təmin etməkdir. İsrail və HƏMAS arasında danışıqlarda bir neçə ölkə iştirak etmişdir və bu danışıqlara Qətər liderlik edir.
22 noyabr 2023-cü ildə İsrail və HƏMAS 150 fələstinli məhbusun azad edilməsinə və HƏMAS-ın girovlardan təxminən 50-ni azad etməsi müqabilində dördgünlük atəşkəsə razılaşmışdır.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Qəzzədə müharibə (2023–hal-hazırda) Kateqoriya:İnsanlıq əleyhinə cinayətlər