Əkbər Novruz oğlu Novruzov () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Əli Bayramlı Şəhər Komitəsinin birinci katibi (1971–1975), Şaumyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1975), Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı.
Həyatı Əkbər Novruz oğlu Novruzov Bakı qəzasının Giləzi stansiyasında kəndli ailəsində anadan olmuşdur. 1942-ci ildən Qırmızı Ordu sıralarında hərbi xidmət keçmiş, Böyük Vətən müharibəsi zamanı Qafqaz, Belqrad, Budapeşt və Vyana uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
1947-ci ildə ordudan tərxis olunduqdan sonra Əkbər Novruzov Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1952-ci buranı bitirərək Xəzər Gəmiçilik İdarəsinin siyasi şöbəsində təlimatçı, sonra isə idarənin partiya təşkilatının katibi olmuşdur. 1958-ci ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin Təbliğat və təşviqat şöbəsinin təlimatçısı, 1961–1969-cu illərdə isə Təşkilat-partiya işi şöbəsinin müdiri olmuşdur. 1969–1971-ci illərdə Şaumyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş, 1971-ci ildən həyatının sonunadək Azərbaycan Kommunist Partiyası Əli Bayramlı Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Əkbər Novruzov 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyasının XXVIII qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilmişdir. "Qırmızı ulduz" və "Qırmızı əmək bayrağı" ordenləri, eləcə də medallarla təltif edilmişdir.
Əkbər Novruzov 1975-ci ilin fevral ayında həlak olmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Kommunist Partiyası Əli Bayramlı Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Şaumyan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər