thumb|Ebisu-Hiqaşi parkında yerləşən tako-no-yama (2009). və ya səkkizayaqlı sürüşkəni – Yaponiyada geniş yayılmış, səkkizayaqlı görünüşündə olan uşaq sürüşkəni növü. 1960-cı illərdə "Maeda" şirkəti tərəfindən populyarlaşdırılmış tako-no-yamalar Tokiodan bütün Yaponiyaya yayılmış, hətta Kopenhagen şəhərində quraşdırılmışdır.

Tarixi İlk tako-no-yamanın hansı parkda quraşdırıldığı mübahisə mövzusu olsa da, ən populyar fikrə əsasən ilk tako-no-yama 1965-ci ildə Tokionun Adaçi rayonundakı Şin-Nişiaray parkında quraşdırılmışdır: park üzərində işləyən bir heykəltaraşın abstrakt oyun meydançası layihəsi şəhər şurası tərəfindən əvvəlcə rədd edilsə də, səkkizayaqlı mövzusunu əlavə etdikdən sonra qəbul edilmişdir. Şin-Nişiaray ölkədəki ən köhnə səkkizayaqlı sürüşkəni hesab olunur. Bu sürüşkən hazırda kosmos mövzusunda bəzədilmiş və bir dizayn müsabiqəsinin qalibi olmuşdur.

Digər nəzəriyyəyə görə isə səkkizayaqlı sürüşkənləri Şin-Nişiaray parkında olan sürüşkən yox, Şinaqava rayonunda yerləşən Şinmey uşaq parkındakı sürüşkənlər sayəsində populyar olmuşdur. Bu sürüşkənlər də 1968-ci ildə "Maeda" tərəfindən quraşdırılmışdır. Bu parkdakı iki sürüşkəndən ancaq biri salamat qalmışdır və hazırda başqa parkda yerləşir.

2019-cu ildə "Maeda" şirkəti tako-no-yamaların müəllif hüquqlarının özlərinə aid olduğunu bildirirək iki tako-no-yama quraşdırmış "Ans" şirkətini məhkəməyə vermiş və 4,32 milyon yen məbləğində təzminat tələb etmişdir. 2022-ci ildə Ali Məhkəmə onların tələbini qəbul etməmişdir.

Xüsusiyyətlər İndiyə qədər "Maeda" şirkəti tərəfindən Yaponiyada 260-dan çox tako-no-yama quraşdırılmışdır. Tako-no-yamaların bir neçə növü mövcuddur. Məsələn, kiçikölçülü olan növü "minisəkkizayaqlı" adlanır.

Qalereya

İstinadlar

Xarici keçidlər

Yaponiyadakı tako-no-yamaların siyahısı

Kateqoriya:Uşaq parkı avadanlıqları Kateqoriya:Mədəniyyətdə səkkizayaqlılar Kateqoriya:Yaponiyada əyləncə Kateqoriya:1965-ci ildə Yaponiyada yarananlar