thumb|160px|Arlinqton Edvard Kennedi — ABŞ-nin sui-qəsd nəticəsində qətlə yetirilən 35-ci prezidenti Con Kennedinin sağ qalan iki qardaşından biri.
O, səkkiz dəfə Senata seçilib və ABŞ Demokratik partiyasının ən nüfuzlu üzvlərindən biri olub. Edvard Kennedi ilk dəfə Senata 1962-ci ildə seçilib. 1962–2009-cü illərdə, fasiləsiz olaraq 47 il müddətində ABŞ-nin Massaçuses ştatının senatoru olub1974: Kennedi Tiflis bazarında – Tarixi foto. axar.az .
O, Amerikanın və bir çox xarici ölkələrin mükafatlarına layiq görülüb. 2009-cu il avqustun 12-də isə Barak Obama Con Kennediyə ABŞ-nin ən yüksək mülki mükafatını – "Prezident azadlıq medalı"nı təqdim edib.
Ölümü Onun 2003-cü ildən beynindəki şişdən əziyyət çəkdiyi məlum idi. Şişin diaqnostikası və cərrahiyyə əməliyyatı ilə kəsilməsi ancaq 2008-ci ildə həyata keçirilib. Edvard Kennedi 2009-cu ilin yanvarında prezident Barak Obamanın andiçmə mərasimi zamanı huşunu itirib.
2009-cu ilin avqustunda 77 yaşında vəfat edib. ABŞ senatoru Edvard Kennedi Arlinqton qəbiristanlığında dəfn edilib.
İstinadlar
Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Aviaqəzalarda sağ qalmışlar Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1980) Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Kennedi ailəsi Kateqoriya:XXI əsr ABŞ siyasətçiləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:ABŞ-də liberalizm